Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Deputatdan Tarix İnstitutuna SƏRT SÖZLƏR: "Tarixsiz alimlər..."

Deputatdan Tarix İnstitutuna SƏRT SÖZLƏR: "Tarixsiz alimlər..."

Date: 4 October 2016 11:48

Millət vəkili Fazil Mustafa Tarix İnstitutu aparıcı elmi işçisi, tarix üzrə elmlər doktoru Xeyirbəy Qasımovun onun haqqında yazdığı məqaləyə cavab verib.

Publika.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə yazan millət vəkili alimin ona cavab olaraq hazırladığı məqalənin bəsit və təfəkkürlə əlaqəsi olmadığını bildirib: “Adını ilk təfə duyduğum tarixçi-alimlər, tarixsiz alimlər eninə uzununa bəndənizə cavablar yazırlar. Hamısı da bəsit, əzbərçi, təfəkkürlə əlaqəsi olmayan cavablardır... Xatırlayıram, illər öncə bizim qonşuluqda yaşayan ömrünün 90-ını haqlamış savadsız, bir nənə vardı. Qarınağrısına tez-tez tutulduğundan "Tetratsklin" deyilən məşhur dərmanı xalatının cibindən əksik olmazdı. Bundan başqa dərman tanımadığına görə başı da ağrıyanda "Tetratsklin" atardı. Bu cür tarixçi alimlərin durumu təqribən böylə. Fikrin səhih əsaslandırılması yox, mühakimə yanlış, gəldiyi nəticə isə ümumiyyətlə öz-özünü təkzib edəcək mahiyyətdə. Məsələn, bəndənizə xitabən yazırlar ki, "Gəlin keçmişə güllə atmayaq!" Oturub düşünürsən ki, bunun alternativi olsa-olsa "Gəlin keçmişimiz əvəzinə gələcəyimizə güllə ataq!" deməkdir. Bu "müdriklər" hələ da anlamırlar ki, keçmişə güllə atırıq ki, tariximizin xarabalıqlarına doluşmuş qarğalar, kəsəyənlər qaçıb dağılışsınlar və az-çox izi qalmış o gözəl mənzərələri, faydalı dəyərləri seçib-ayıra bilək. Bu bəsit çağırışdan belə anlaşılır ki, keçmişə deyil, məhz gələcəyə güllə atmaq lazımdır.

Yaxud da filan alimlə işiniz olmasın, filan konfransda və ya tədbirdə erməniləri susdurub. Ümumiyyətlə bu ermənini necə susdururlar? Hər zaman bu sual məni düşündürür. Ya boğazına qurğuşun tökməlisən, ya dilini boğazından çəkib çıxarmalısan, ya da ağzını xüsusi yapışdırıcı ilə bağlamalısan. Yerindən duran ermənini susdurduğunu bəyan edir, o zaman bu danışan ermənilər haradan peyda olurlar, doğrusu anlamaqda çətinlik çəkirəm.

Bu ilin mayında Özbəkistanda olarkən bir özbək ziyalısından soruşdum ki, özbəklərin Teymur sevgisinin motivini necə izah edə bilər? Dedi ki, siz Səmərqəndi, Buxaranı gəzin, özünüz cavabı tapacaqsınız. Həqiqətən də bu şəhərlərdə gördüyüm onlarla möhtəşəm mədrəsə binaları anlatdı ki, Teymurun cahangirliyi onlar üçün gəlib-getmiş bir nağıldır, əsas dəyər bu elm, tədris məkanını miras buraxmasıdır. Bizdə əsasən üç öyündüyümüz və təbliğ etdiyimiz tarix abidəsi var, bunlar da Atəşgah, Qız Qalası və Şirvanşahlar sarayıdır. Və heç biri məktəb deyil, rəsədxana deyil... İlk Qız məktəbimizi isə Zeynəlabidin Tağıyev nadan mollaların müqavimətini qıraraq hətta Məkkədən bunun şəriətə zidd olmaması barədə kağız gətirərək qura bilmişdir. Bir millətin şərəfli saydığı tarix məhz onun məktəbinin qurulduğu tarix sayılmalıdır.
Ona görə də keçmişə güllə atmaqdan qorxmayın, ölən qarğalar, bayquşlar və kəsəyənlər olacaq. Güllərdən, bülbüllərdən nigaran qalmayın...”.

Qeyd edək ki, bir neçə gün əvvək Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu “Azərbaycanın orta əsrlər tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə elmlər doktoru Xeyirbəy Qasımovun millət vəkili Fazil Mustafaya qarşı olan “Fazil Mustafa kimi “hərşeyşünaslar” məqaləsini yayıb.


Tags:  Deputatdan Tarix İnstitutuna SƏRT SÖZLƏR Tarixsiz alimlər


RƏYLƏR


Top news