Millimizlə görüşə çağırılan hücumçu: "Uşaqlıq arzum həyata keçdi"

Millimizlə görüşə çağırılan hücumçu: "Uşaqlıq arzum həyata keçdi"
11:52 4 Oktyabr 2016
59 İdman
Ölkə mətbuatı
A- A+

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində oktyabrın 11-də millimizlə qarşılaşacaq Çexiya yığmasının heyətinə yeni futbolçular cəlb edilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, baş məşqçi Karel Yarolim daha 3 oyunçuya dəvət göndərib.

Bunlar "Slaviya"nın hücumçuları Milan Şkoda və Yaromir Zmrhal, həmçinin "Tom"un dayaq yarımmüdafiəçisi Lukaş Droppadır.
 
Çexiya Futbol Federasiyasının meneceri Yaromir Şeterle yerli mətbuata açıqlamasında Zmrhal və Droppanın millinin düşərgəsinə bu gün qoşulacağını bildirib.  
 
İlk dəfə Çexiyanın əsas yığmasına çağırılan Zmrhal uşaqlıq arzusunun həyata keçdiyini deyib: "Mənə dəvət göndərdiyinə görə baş məşqçiyə təşəkkür edirəm. Hər şey "Slaviya"dan başladı. Burada özümü göstərib yığmaya cəlb edildim. Uşaqlıq arzum həyata keçdi. Mənə güvənənləri utandırmayacam".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/475817.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR