Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan ilk 3 ayda "tax free" üzrə xarici turistlərə 500 min manat ƏDV qaytarıb

Azərbaycan ilk 3 ayda "tax free" üzrə xarici turistlərə 500 min manat ƏDV qaytarıb

Date: 4 October 2016 11:57

Bakı. 4 oktyabr. REPORT.AZ/ "Tax free"nin tətbiq edildiyi ötən 3 ay ərzində Azərbaycana gələn 3 262 turistə toplam 487,4 min manat məbləğində ƏDV qaytarılıb. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Samirə Musayeva deyib.
S.Musayeva deyib ki, həmin müddətdə 930 avropalı turist üçün 161,2 min manat ƏDV-nin geri qaytarılması tələb edilib: "Bu müddətdə həmçinin Yaxın Şərq ölkələrindən olan 1 754 turistə 245,8 min manat, Asiya ölkələrindən Azərbaycana gələn 503 turist tərəfindən 70 min manat, digər ölkələrdən olan turistlər tərəfindən isə 10,4 min manat ƏDV geri qaytarılması tələb olunub".

Tags:  Azərbaycan ilk ayda tax free üzrə xarici turistlərə 500 min manat ƏDV qaytarıb


RƏYLƏR


Top news