Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Səyyar “ASAN xidmət” 6 rayonda vətəndaşlara xidmət göstərəcək

Səyyar “ASAN xidmət” 6 rayonda vətəndaşlara xidmət göstərəcək

Date: 4 October 2016 11:57

Bakı. 4 oktyabr. REPORT.AZ/ Səyyar "ASAN xidmət" oktyabrın 4-dən 18-dək Ucar, Şabran və Lerikdə, oktyabrın 4-dən noyabrın 2-dək isə Goranboy, Ağdaş və İsmayıllıda vətəndaşlara səyyar formada xidmət göstərəcək.
Bu barədə "Report"a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.
Səyyar şəkildə göstərilən xidmətləri Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Əmlak Məsələləri Dövlət Komitəsi təqdim edir.
Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.

Tags:  Səyyar ASAN xidmət rayonda vətəndaşlara xidmət göstərəcək


RƏYLƏR


Top news