Əmanətlərin Sığortalanması Fondu Mərkəzi Banka borcunu azaldıb

Əmanətlərin Sığortalanması Fondu Mərkəzi Banka borcunu azaldıb
12:02 4 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 4 oktyabr. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu bu ilin martında Mərkəzi Bankdan 22 mln. manat həcmində cəlb etdiyi vəsaitin 4 mln. manatını artıq qaytarıb.
“Report” xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov deyib.
Onun sözlərinə görə, həmin borc 1 il müddətinə, illik 5%-lə cəlb edilib və gələn ilin fevral ayına qədər qaytarılacaq: “Həmin borcda 6 ay güzəşt müddəti var. Hər rüb Fonda təxminən 6 mln. manat sığorta haqqı toplanılır. Bunun təxminən 4 mln. manatı həmin borcun qaytarılmasına yönəldilir”.
Fondun bir qədər əvvəl 4 il müddətinə, illik 7%-lə aldığı 100 mln. manat borcun geri qaytarılmasına isə başlanılmayıb: “Bu borcda güzəşt müddəti 2 ildir. 2018-ci ildən həmin borcu qaytarmağa başlayacağıq”.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/emanetlerin-sigortalanmasi-fondu-merkezi-banka-borcunu-azaldib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR