Bakı məktəblərində şagird sıxlığı: 4 növbəli təhsildə keyfiyyət necə olacaq? - ARAŞDIRMA

Bakı məktəblərində şagird sıxlığı: 4 növbəli təhsildə keyfiyyət necə olacaq? - ARAŞDIRMA
12:09 4 Oktyabr 2016
32 Digər
Ölkə mətbuatı
A- A+

Naxçıvan orta məktəblərində 4001 dəst kompüter quraşdırılıb (17 İyun 2017 12:02)
Bakı məktəblərində “Son zəng” çalınıb (14 İyun 2017 17:02)
Bu gün orta məktəblərdə “Son zəng”dir (14 İyun 2017 07:27)

 

Məktəblərdə şagird sıxlığının aradan qaldırılması üçün Nazirlər Kabinetinə müraciət edilib

 

Son illərdə baş verən müsbət demoqrafik dəyişikliklər nəticəsində şagirdlərin sayı əhəmiyyətli dərəcədə artmaqdadır. Şagird sayının artması məktəblərdə sıxlıqların yaranması, tədrisin keyfiyyətinə mane olacaq bir sıra problemlərə səbəb olur.

 

Bu gün bəzi məktəblərdə bir sinifdə 30-35, hətta 40-dan çox şagirdin təhsil aldığının şahidi olmaq olar. Mövcud problem isə daha çox Bakı şəhərində müşahidə olunur. Hazırda Bakı Şəhər Təhsil İdarəsinin tabeliyində 307 tam orta, 3 ümumi orta olmaqla 310 gündüz ümumi təhsil məktəbi fəaliyyət göstərir. Bu məktəblərdə 28.285 nəfər müəllim 354.573 nəfər şagirdin təlim-tərbiyəsi ilə məşğul olur. Bu il Bakı şəhəri üzrə məktəblərdə təhsil alan I sinif şagirdlərinin sayı 4 minə yaxın artıb.

 

Mövcud qanunvericiliyə əsasən, Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli, 5 nömrəli qərarı ilə təsdiq olunmuş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, ümumtəhsil məktəblərində siniflər şagirdlərin sayı 20 nəfər olmaqla formalaşır. Zəruri hallarda mövcud qanunvericiliyin tələbləri gözlənilməklə, siniflər şagirdlərin sayının 20 nəfərdən az olmasıyla təşkil oluna bilər.

 

Nazirlər Kabinetinin “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə dəyişikliklər edilməsi haqqında” 19 yanvar 2012-ci il tarixli qərarında da qeyd olunub ki, bir sinifdə şagirdlərin ümumi sayı 20 nəfərə çatmadıqda mövcud şagird sayı ilə sinif təşkil edilməsinə yol verilir.

 

Mövcud qaydalara (Nazirlər Kabinetinin 19 yanvar 2012-ci il tarixli, 9 saylı qərarı) görə, bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda, yaxud şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə həmin sinif üzrə ikinci paralel sinif təşkil olunur.

 

“Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nin təsdiq edilməsi haqqında 03.08.2012-ci ildə Nazirlər Kabinetinin 171 nömrəli qərarında ın 2.3.1 saylı bəndində isə qeyd olunur ki, ümumi təhsil müəssisələrində siniflər şagirdlərin sayı 20 nəfər və sahəsi 36-42 m2 olmaqla təşkil edilir.

 

Həmin qərarın 2.3.12 saylı bəndində isə bildirilir ki, dərslər üzbəüz siniflərdə keçirilən zaman otaqların sahəsi bir şagirdə 2,0-2,5 m2, qrup formasında və fərdi məşğələlər qaydasında aparılarkən isə bir şagirdə 3,5 m2 sahə hesablanır.

 

Bakı şəhəri üzrə Təhsil İdarəsinin ümumi təhsil sektorunun müdiri Avaz Yusifov APA-ya bildirib ki,  paytaxtın bir sıra ərazilərində şagird sıxlığı ilə əlaqədar problemlər müşahidə olunur. Bununla bağlı ən acınacaqlı vəziyyət Binəqədi rayonunun Sulutəpə, Binəqədi qəsəbələrində, Sabunçu rayonunda, xüsusilə Zabrat qəsəbəsində, Xətai rayonunun bütün məktəblərində, əsasən Əhmədli qəsəbəsində, Nizami rayonun bəzi məktəblərindədir. Onun sözlərinə görə, Bakının Binəqədi rayonunun Sulutəpə, Xocəsən, Binəqədi qəsəbələrində 640 yerlik 3 məktəbdə 3 minə yaxın  şagird oxuyur. Sabunçu rayonu Zabrat qəsəbəsində 81 nömrəli məktəbdə də eyni vəziyyət yaşanır: “Zabrat qəsəbəsində rus bölməsi yalnız 81 nömrəli məktəbdədir. Burada təhsilin hər pilləsi üzrə 1 sinif var. Məktəbdə paralel siniflərin yaradılması üçün də əlavə sinif otaqları yoxdur. Ərazidə də yaşayan rus dilli əhali çox olduğuna görə şagirdlərin də sayı çoxdur. Buna görə də məcbur olub bir sinifdə 42 uşağın təhsil almasına icazə verilib”.

 

Onun sözlərinə görə, Xətai rayonu ərazisində şagird sıxlığı böyük olduğu üçün müraciət edən vətəndaşlara başqa məktəbləri seçmələri təklif edilir: “Bu gün paytaxtda elə məktəblər var ki, orada siniflər üzrə şagirdlərin sayı 42-ni keçib. Bu kimi hallar da sanitariya normalara zidd olan məsələlərdir”.

 

Qeyd olunub ki, Binəqədidə rayonunda evlər çox sıx yerləşdiyi üçün əlavə hər hansı  sosial obyekt-məktəb, bağça, səhiyyə ocağının tikilməsinə yer qalmayıb.

 

Binəqədidə 640 şagird yerlik 179 nömrəli məktəbdə 2500-ə yaxın şagird oxuyur. Ona görə də həmin məktəb 4 növbəlidir.

 

Bakı şəhəri üzrə elə məktəblər var ki, I sinfə qəbul başlayandan 1-2 həftə sonra yerlər tam dolur: “Torpaq bir qədər ucuz olan ərazilərdə yaşayış daha çoxdur. Həmin məktəblərin də gücü orada məskunlaşan əhalinin sayına uyğun gəlmir. Amma hökumətə müraciət olunub və ümid edirik ki, məsələ öz həllini tapacaq.

 

Nazirlər Kabinetinin qərarında göstərilib ki, şagird sayı 20 nəfər olduqda paralel siniflərin açılmasına icazə verilə bilər. Sanitariya-gigiyenik normalara uyğun olaraq sinifdə 1 şagirdə 2,2 kvadratmetr sahə nəzərdə tutulur. Yeni, əsaslı təmir olunan məktəblərdə sinif otaqlarının ölçüsü 36 kvadratmetrdir, onu da 2-yə böldükdə bir sinfə 14-16 şagird düşür. Amma biz məcburən şagirdlərin sıxlığı nəticəsində sinifdə 24-26 nəfər yerləşdiririk. Uşaqları təhsil almaq hüququndan məhrum edə bilmərik. Amma şagird sıxlığı da tapşırıqların yoxlanması, dərsin aparılması ilə bağlı bir sıra problemlər yaradır.

 

Şagird sıxlığına görə məktəblərdə artıq növbəlilik yaranır, bəzi məktəblər 5 günlük rejimdən 6 günlük iş rejiminə keçib. Məktəb rəhbərliyi bu addımı atmağa məcbur olub. Bu məsələlər məktəbin özünün səlahiyyətindədir və pedaqoji şuranın qərarı ilə həll olunur”.

 

Qeyd olunub ki, I sinfə qəbul zamanı şagird sıxlığı ilə bağlı yaranan problemləri həll etmək üçün əlavə tədris korpusu və yeni məktəb binalarının tikintisi üçün təkliflər Təhsil Nazirliyinə təqdim olunub: “Bizdə olan məlumata görə, artıq Təhsil Nazirliyi məktəblərdə şagird sıxlığı probleminin həlli ilə bağlı Nazirlər Kabinetinə müraciət edib. Müraciətdə hansı məktəblərdə bu problemlərin olduğu və problemin həlli üçün korpusların, əlavə məktəb binalarının tikintisinin mümkün olduğu qeyd edilib”. 

 

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Azərbaycan məscidlərində Ramazan bayramı namazı qılınıb

26 İyun 2017 09:32

Azərbaycan Silahlı Qüvvələrinin yaranma günüdür

26 İyun 2017 09:29

Bayram namazı qılındı

26 İyun 2017 09:27

Ramazan münasibətilə bayram namazı qılınıb

26 İyun 2017 09:24

Yaponiya Qətərə görə xahiş etdi

26 İyun 2017 09:23

Rusiyada meşələr yanır

26 İyun 2017 09:17

Tarkan üçün soyunan qızlar, rəisin kabinetindəki Nigar Camal, Səmədin "kürləməyi" - HƏFTƏBECƏR

26 İyun 2017 09:17

"Allah onun cəzasını versin..."

26 İyun 2017 09:17

Monqollar bu gün prezident seçir

26 İyun 2017 09:11

Buxarestdə yeni restoran - FOTO

26 İyun 2017 09:05

Bu gün Strasburqda AŞPA-nın yay sessiyası başlayır

26 İyun 2017 09:02

İŞİD tərəfdarları Trampı hədələdi

26 İyun 2017 08:53

"Ronalduya "Yuventus"da yer tapılar"

26 İyun 2017 08:52

Azərbaycanda Ramazan bayramı qeyd olunur -

26 İyun 2017 08:49

Ağır yol qəzası: 12 ölü, 30 yaralı

26 İyun 2017 08:48

Londonda etirazçılarla polis arasında toqquşma olub: xəsarət alanlar var

26 İyun 2017 08:47

Kompüteriniz üçün maraqlı şəkillər - FOTOSESSİYA

26 İyun 2017 08:47

"Onu əvəzləmək çətin olacaq"

26 İyun 2017 08:42

Ruslardan "Kara sevda"ya etiraz

26 İyun 2017 08:42

Azəri qızı Günel əməliyyat olundu - FOTO

26 İyun 2017 08:42

Meksikada restoranda silahlı hücum: 11 ölü

26 İyun 2017 08:37

Bərdədə intihara cəhd hadisəsi baş verib - FOTO

26 İyun 2017 08:37

Hava proqnozunun aparıcısını KÜLƏK APARDI - VİDEO

26 İyun 2017 08:33

29 yaşlı oğlan alkoqoldan zəhərlənib

26 İyun 2017 08:32

İskəndərə meydan oxuyan, çəlləkdə yaşayan, çılpaq insan axtaran filosof - FOTO

26 İyun 2017 08:32

26 yaşlı oğlan bıçaqlanıb

26 İyun 2017 08:32

ABŞ-da meşə yanğınları nəticəsində 1,5 min nəfər evakuasiya edilib

26 İyun 2017 08:32

Meraya Keri Bakıda konsertlə çıxış edib FOTOSESSİYA

26 İyun 2017 08:29

38 yaşlı qadın pomidordan zəhərlənib

26 İyun 2017 08:27

Yüksək sürətlə hərəkət edən avtomobili saxlayaraq narazılığını bildirib, döyülüb

26 İyun 2017 08:22

Argentinada qəza nəticəsində azı 12 nəfər ölüb, 20 xəsarət alıb

26 İyun 2017 08:22

Qadın ağacdan yıxılaraq onurğa sütununu sındırdı

26 İyun 2017 08:22

"Yaxşı təklif alsam..."

26 İyun 2017 08:22

Kiçik yaşlarında milyonlar qazanan UŞAQLAR: İNANILMAZ FAKTLAR - FOTO

26 İyun 2017 08:17

Göyərtəsində 150 turist olan qayıq batıb

26 İyun 2017 08:12

KİV: Cənubi Koreyanın sabiq rəhbərliyi Kim Çen Inın öldürülməsini planlaşdırıb

26 İyun 2017 08:12

İsrail hərbçiləri Suriyaya hücum etdi -

26 İyun 2017 08:10

Xərçəngdən qoruyan yeni DƏRMAN

26 İyun 2017 08:05

Bakıda estetik əməliyyata girən 22 yaşlı model öldü

26 İyun 2017 08:03

İran Rusiyalı turistlər üçün vizaları ləğv edib

26 İyun 2017 07:57

Hər gün 1 qaşıq darçınlı bal yeməyin faydaları

26 İyun 2017 07:52

Monqolustanda bu gün prezident seçkiləri keçiriləcək

26 İyun 2017 07:43

"Bekhemi uzun müddət gözlədik, sonra Ronaldinyonu transfer etdik"

26 İyun 2017 07:42

Valideynlər övladlarını belə yamsıladılar - FOTO

26 İyun 2017 07:37

"Türkiyədən təklif almışdım, amma..."

26 İyun 2017 07:32

Çimərlikdə köpək balığı göründü - İnsanlar təxliyə edildi

26 İyun 2017 07:23

Yediyiniz meyvələrin tərkibindən xəbəriniz varmı? - SİYAHI

26 İyun 2017 07:22

Sakit okeanda zəlzələ baş verdi -

26 İyun 2017 07:20

"Qalatasaray"ın futbolçusu: "Fənərbağça"nın qapısına mütləq qol vuracam"

26 İyun 2017 07:17

Dünyanın ən heyrətamiz çimərlikləri - FOTO

26 İyun 2017 07:12