Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azad Cavadov: "Dövlət "Bank Standard"ı sistemə qaytarmağa çalışdı, mümkün olmadı"

Azad Cavadov: "Dövlət "Bank Standard"ı sistemə qaytarmağa çalışdı, mümkün olmadı"

Vaqif Cavadov nömrə seçdi (15 Fevral 2017 19:57)
Vaqif Cavadov "İnter"ə qarşı oynamayacaq (13 Fevral 2017 12:27)
Vaqif Cavadov AZAL-la anlaşdı (09 Fevral 2017 20:42)

Tarix: 4 Oktyabr 2016 12:12

"Bank Standard" QSC-də sığorta hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu gün həm də Əmanətlərin Sığortalanması Fondu "Bank Standard" QSC-nin ləğvedicisi təyin olunub: "Bununla da biz həm sığorta ödənişləri ilə məşğul olacağıq, həm də bankın ləğvedicisi kimi fəaliyyət göstərəcəyik. Dövlət çalışdı ki, sağlamlaşdırma tədbirləri ilə bankı sistemə qaytarsın, lakin bu, mümkün olmadı. Bankı müflis etməklə daha az itkiyə məruz qalınmasına qərar verildi".

A. Cavadov əlavə edib ki, Fondun Mərkəzi Bankdan borc olaraq alacağı 460 mln. manat kredit 10 illik müddətə 0,15% borclanma dərəcəsi ilə verilib.
 

Milli.Az


Teqlər:  Azad Cavadov Dövlət Bank Standardı sistemə qaytarmağa çalışdı mümkün olmadı



RƏYLƏR


Top xəbərlər