Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda sevimli qəhrəmanlarla multifestival - FOTOlar

Bakıda sevimli qəhrəmanlarla multifestival - FOTOlar

Date: 4 October 2016 12:12

Bakıdakı "Park Bulvar"da valideynlərin də böyük marağına səbəb olan sevimli nağıl qəhrəmanlarının iştirakı ilə multifestival keçirilib.

Milli.Az xəbər verir ki, tədbir TriDa beynəlxalq prodüser mərkəzi və Multik.az tərəfindən təşkil edilib.

Bayram gecəsində uşaqlar üçün əyləncəli müsabiqələr və viktorinalar keçirilib, uşaqlar Belosnejka, Zoluşka, Şrek, Supermen, Maşa, şir Aleks, zürafə Melman, pişik Tom və digər sevimli cizgi filmi personajları ilə şəkil çəkdrmək imkanı əldə ediblər.

Təşkilatçılar xüsusi sürpriz hazırlayıblar - "multipasport"un sahibləri TriDa şirkətinin uşaqlar üçün bütün tədbirlərinə avtomatik olaraq 5 faizlik endirim əldə edirlər. Bu da son deyil! "Maşa və Ayı", "Şenyaçiy patrul", "Barboskinlərin Yeni il macərası" və "Yeni ilin mübarək, Luntik!" tamaşalarının hər birinə bir bilet almaqla hədiyyə qazanırsınız! Multik.az şirkətindən sevimli nağıl qəhrəmanlarından biri evinizə qonaq gələcək və övladınıza həyatının ən yaddaqalan anlarını bəxş edəcək.

Biletləri isə evdən və ya iş yerindən ayrılmayaraq http://iticket.az/ saytında əldə etmək olar. Pulsuz çatdırılma üçün (077) 600 00 60 telefon nömrəsi ilə əlaqə saxlamaq kifayətdir.

Moskvanın ANİMAKKORD studiyasının hamının sevimli cizgi filmi "Maşa və Ayı"nın motivləri əsasında "Xoşbəxtlik sandığı" adlı tamaşanın premyerası oktyabrın 29 və 30-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində baş tutacaq.

Moskvanın boy kuklaları şousu Bakıda ilk dəfə olaraq noyabrın 12 və 13-də Heydər Əliyev Sarayında hamının sevimli cizgi filmi olan "Şenyaçiy patrul"un motivləri əsasında çox gözəl tamaşa təqdim edəcək.

Dekabrın 25-də Bakıda Heydər Əliyev Sarayında Moskvanın "Özəl teatr"ı "Barboskinlərin Yeni il sərgüzəştləri" adlı uşaq tamaşasını təqdim edəcək.

Dekabrın 27-də isə Bakıda Heydər Əliyev Sarayında moskvalı animatorlar "Yeni ilin mübarək, Luntik!" adlı uşaq tamaşasını təqdim edəəcəklər.

Biletlərin sifarişi və arayışlar üçün telefon nömrəsi: (050) 354 90 54

İnformasiya dəstəyi - Trend.az, Day.az və Milli.az

Milli.Az






















Tags:  Bakıda sevimli qəhrəmanlarla multifestival FOTOlar

RƏYLƏR


Top news