Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Həyat yoldaşını dəlicəsinə sevən aktyorun həyatı haqqında yeni faktlar - FOTOLAR

Həyat yoldaşını dəlicəsinə sevən aktyorun həyatı haqqında yeni faktlar - FOTOLAR

Date: 4 October 2016 12:18

Bred Pitt Ancelina Coli ilə barışmaq istəyir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 52 yaşlı aktyor son günlərdə həyatında baş verən hadisələrdən sarsılıb. Ailəyə yaxın mənbə “US Magazine” jurnalına aktyor haqqında ətraflı məlumat verib. Mənbə bildirib ki, Bred Pittin həyatı cəhənnəmə çevrilib: “İndi o, çox əziyyət çəkir, amma uşaqlar üçün möhkəm olmağa çalışır. Onu uşaqların rifahından başqa heç nə maraqlandırmır. Qohumları, dostları və onun köməkçisi Pitti çox dəstəkləyir. Aktyor anası ilə də daim əlaqə saxlayır”.

Xatırladaq ki, Coli və Pitt bu günlərdə uşaqların qəyyumluğu barədə müvəqqəti saziş imzalayıb. Altı uşağın hamısı aktrisada qalacaq. Amma boşanma prosesi bitənə qədər Pitt uşaqlara Ancelinanın icazəsi ilə və yalnız mühafizəçinin nəzarəti altında onlara baş çəkə biləcək. Uşaqların kimdə qalacağı rəsmi qaydada müəyyənləşəndə isə aktyor övladları ilə üçüncü şəxslərin iştirakı olmadan görüşə biləcək. Həmçinin aktyor narkotik maddələr və spirtli içki qəbul etmədiyinə dair mütəmadi olaraq analizləri verməlidir. Mənbə onu da bildirib ki, o, vəziyyəti düzəltmək üçün əlindən gələn hər şeyi etməyə hazırdır. Çünki Ancelinanı və uşaqları dəlicəsinə sevir.

Aktyorun yaxın əhatəsində olan hər kəs bir ağızdan iddia edir ki, boşanmanın təşəbbüskarı Ancelina olub, Bred isə buna qətiyyən hazır deyil: “Ancelina bir dəqiqə ərzində məhkəməyə müraciət etdi, bütün bunlar Bred üçün əsl şok oldu. Həmin vaxt hətta onun vəkili də yox idi. Coli artıq bir neçə dəfə boşandığı üçün bu proses barədə məlumatlıdır, lakin Bredin ağlına da gəlməzdi ki, onların nikahını eyni aqibət gözləyir".

Mənbə onu da bildirib ki, aktyor boş dayanmaq fikrinə deyil. Məhkəmənin yekun qərarı çıxana qədər həyat yoldaşı ilə barışmaq cəhdlərini davam etdirəcək: “Bred Ancelinanın hələ də sevir, O, hətta yeni münasibətlər barədə düşünmür. Bred həyat yoldaşı barışmaq istəyir” ,– deyə mənbə etiraf edib.

Xatırladaq ki, aktyor ailə vəziyyəti ilə əlaqədar olaraq bütün tədbirləri ləğv edib, hətta çəkildiyi son filmin premyerasına da qatılmayacaq.

Aytən

















Tags:  Həyat yoldaşını dəlicəsinə sevən aktyorun həyatı haqqında yeni faktlar FOTOLAR

RƏYLƏR


Top news