Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda risk qrupundan asılı olaraq "Tax free"də mallara baxış keçirilə bilər

Azərbaycanda risk qrupundan asılı olaraq "Tax free"də mallara baxış keçirilə bilər

Date: 4 October 2016 12:27

Bakı. 4 oktyabr. REPORT.AZ/ Dünyanın 130 ölkəsində ƏDV vergi növü kimi mövcuddur və onlardan 52-də həmin ƏDV-nin geri qaytarılması praktikası var. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Samirə Musayeva deyib.
S.Musayevanın sözlərinə görə, "Tax free" sisteminin Azərbaycan modeli kifayət qədər sadədir: "Ölkəni tərk edən şəxs 12%-i istəsə nağd şəkildə milli valyutada ya da 10 gün ərzində nağdsız şəkildə ala bilər".
Nazirlik rəsmisi deyib ki, "Tax free" üzrə malların gömrük əməkdaşlarına təqdim edilməsi həmin malların risk qrupundan asılıdır: "Risk qrupu müəyyən edilir və əgər lazımdırsa, o zaman məhsullar gömrük əməkdşalarına təqdim edilir. Lazım olmadığı təqdirdə yalnız alış-veriş qəbzləri kifayət edir".

Tags:  Azərbaycanda risk qrupundan asılı olaraq Tax freedə mallara baxış keçirilə bilər


RƏYLƏR


Top news