Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

ATƏT MQ Azərbaycan və Ermənistan prezidentlərinin Qarabağ münaqişəsiylə bağlı görüşməyə razılığını gözləyir

ATƏT MQ Azərbaycan və Ermənistan prezidentlərinin Qarabağ münaqişəsiylə bağlı görüşməyə razılığını gözləyir

Date: 4 October 2016 12:32

Bakı. 4 oktyabr. REPORT.AZ/ ATƏT-in Minsk Qrupunun (MQ) həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin - İlham Əliyev və Serj Sarqsyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti görüşə razılıq verəcəyinə ümid edir.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ATƏT MQ-nin ABŞ-dan olan həmsədri Ceyms Uorlik bildirib.
"Prezidentlərin növbəti görüşlə bağlı razılıq verəcəyinə ümid edirik. Bu ana görə, növbəti görüşün tarixi və yeri məlum deyil", - deyə, o vurğulayıb.
Onun sözlərinə görə, həmsədrlər münaqişənin həlli üzrə onun tərəfləriylə işləməkdə davam edir.

Tags:  ATƏT MQ Azərbaycan Ermənistan prezidentlərinin Qarabağ münaqişəsiylə bağlı görüşməyə razılığını gözləyir


RƏYLƏR


Top news