Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qaynatasından Rafetə sərt sözlər: "Axmaq öz arvadını mətbuatda reklam edəndir"

Qaynatasından Rafetə sərt sözlər: "Axmaq öz arvadını mətbuatda reklam edəndir"

Date: 4 October 2016 12:37

Türkiyənin məşhur müğənnisi Rafet El Romanın boşanmaq ərəfəsində olduğu xanımı Ceren El Roman ilə başı bəladadır.

Rafetdən qayınatasına sərt sözlər: "Yaltaq, axmaq, qorxaq..."

Milli.Az "Posta"ya istinadla bildirir ki, onların arasındakı qalmaqal getdikcə böyüyür. Dünən müğənninin Ceren və qaynatası haqqında dediyi sözlərə onların cavabı gecikməyib. Ata-qız birləşərək müğənniyə hücum ediblər. 

Ceren müğənni haqqında deyib:

"Rafet məni aktrisalıq edib pul qazanıram deyə qısqanır. Arvadın qazancı kişidən artıq olanda belə olur. Atam haqqında təhqir dolu sözlər işlədib. Onu heç vaxt bağışlamayacağam".

Rafetin qaynatası müğənnini təhqir edib:

"Mənim haqqımda axmaq, yaltaq və başqa təhqiredici ifadələr işlədib. Yaltaq, axmaq, bilirsən, kimdir? öz arvadını mətbuatda reklam edən... Məhkəmədə görüşərik".

Türkiyə mətbuatının yazdığına görə, Rafetin xanımı şoumenlə ona xəyanət edib. Rafet ondan boşanmaq istəyən zaman Ceren olanları inkar edib və üzr istəyib. Daha sonra haqqında xəbərlər yayılan Ceren məktubun yazılması xəbərini də inkar edib. Bundan əsəbləşən müğənni ona sərt cavab verib. İkilinin arasına Cerenin atasının da girməsi qalmaqalı daha da alovlandırıb.

Milli.Az


Tags:  Qaynatasından Rafetə sərt sözlər Axmaq öz arvadını mətbuatda reklam edəndir

RƏYLƏR


Top news