Minsk qrupu Azərbaycan və Ermənistan prezidentlərinin razılığını gözləyir

Minsk qrupu Azərbaycan və Ermənistan prezidentlərinin razılığını gözləyir
12:47 4 Oktyabr 2016
23 Ölkə
Ölkə mətbuatı
A- A+

"ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsini nizamlanması üzrə növbəti görüşün keçirilməsinə razılıq verəcəklərinə ümid edir".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

Həmsədrin sözlərinə görə, hazırda növbəti görüşün vaxtı və yeri müəyyən edilməyib.

C.Uorlik qeyd edib ki, həmsədrlər Nyu-Yorkda BMT Baş Assambleyasında Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə ayrılıqda görüşlər keçirdilər: "Görüşlərdə Vyana və Sankt-Peterburqda əldə olunmuş razılıqlar, eləcə də gələcək addımlar müzakirə olunub. Ayın sonunda regiona səfərimiz zamanı tərəflərlə görüş keçirməyi və məsələləri müzakirə etməyi planlaşdırırıq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/475918.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR