Leonardo Di Kaprio prezidentlə görüşdü - VİDEO

Leonardo Di Kaprio prezidentlə görüşdü - VİDEO
12:48 4 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Dünən ABŞ prezidenti Barak Obama Leonardo Di Kaprio ilə görüşüb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, qəbulda iki tanınmış şəxs kino layihələrini deyil, iqlim dəyişiklikləri məsələlərini müzakirə edib. Görüşə bu mövzu ilə məşğul olan alimlər də dəvət olunub.

Xarici mətbuatın yazdığına görə, söhbət "Planetin gələcək nəsillər üçün qorunub saxlanmasının vacibliyi" mövzusu ətrafında aparılıb. Həmçinin görüş Di Kaprionun “National Geographic”-in dəstəyi ilə çəkdiyi “Tufan qarşısında” sənədli filminin nümayişi ilə müşayiət olunub. Onun Ağ Evdə nümayişi əslində, ABŞ-da debütü olub.

Qeyd edək ki, Di Kaprio ekoloji problemlərə qarşı həssas olması ilə tanınır. İki il əvvəl o, BMT-nin sülh səfiri olub. Rejissor Fişer Stivensin ilə birlikdə Leo bir çox ekspertləri ilə görüşüb və bu sahədə ən nəzərəçarpan iqlim dəyişmələri haqqında məlumat toplamağa başlayıb. O bildirib ki, problemin vacibliyini hələlik susmağa üstünlük verən bir çox dünya liderlərinin diqqətinə çatdırmaq niyyətindədir.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/170868.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR