"Trabzonspor" hansı hücumçusunu göndərəcək: Şeydayevi, yoxsa?..

"Trabzonspor" hansı hücumçusunu göndərəcək: Şeydayevi, yoxsa?..
12:57 4 Oktyabr 2016
57 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin klubu "Trabzonspor"da dəyişikliklər gözlənilir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "bordo-mavililər" qış fasiləsində ön xəttə yeni oyunçu alacaqlar.

Yay fasiləsində heyətini xeyli gücləndirməsinə baxmayaraq, Superliqanın ilk 6 turunda biabırçı nəticə göstərən Qara dəniz təmsilçisini, xüsusən də, hücumçuların durumu narahat edir. Dame Ndoye, Hyun Yun Suk, Fabian Kastilyo, Ramil Şeydayev və Muhammet Dəmirdən ibarət ön xətt oyunçuları hələ də qol hesabını açmayıblar. "Trabzonspor"un ilk 6 turda vurduğu 3 qol yarımmüdafiəçilərin aktivinə yazılıb.
 
Müdafiəçilərlə yanaşı, hücumçuların da çıxışından narazı qalan baş məşqçi Ərsun Yanal bununla bağlı rəhbərliklə görüşüb. Təcrübəli mütəxəssis qış fasiləsində bir hücumçu transferi tələb edib. Ancaq bunun üçün hücumdakı "beşlik"dən biri ilə yollar ayrılmalıdır. Onlardan hələlik yalnız Ramil Superliqada debüt etməsə də, Yanalın ən çox narazılıq etdiyi hücumçu Ndoyedir. Komanda yanvarda bu mövqeyə yeni transfer edərsə, çox güman ki, məhz seneqallı ilə yollar ayrılacaq.
 
Qeyd edək ki, Ramil Şeydayev yalnız Türkiyə Kubokunun birinci mərhələsində "Ardahanspor"la görüşdə iştirak edib və 1 qola imza atıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/475856.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR