Rusiyada yaşayan azərbaycanlılara hüquqi yardım göstəriləcək

Rusiyada yaşayan azərbaycanlılara hüquqi yardım göstəriləcək
13:08 4 Oktyabr 2016
42 Digər
Ölkə mətbuatı
A- A+

“Rusiyada yaşayan və müəyyən problemlərlə qarşılaşan azərbaycanlılara rəsmi şəkildə hüquqi yardımlar göstəriləcək”.

Publika.az xəbər verir ki, bunu yeni yaradılan Qaradəniz və Xəzər Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının prezidenti, professor İlham Rəhimov bildirib.

İ.Rəhimov deyib ki, hazırda Qaradəniz və Xəzər Regionu Ölkələri Hüquqşünasları Assosiasiyaya 15 ölkə üzvdür. Onun sözlərinə göə, gələcəkdə Assosiasiyanın üzvləri arasında qarşılıqlı təcrübə mübadiləsi də aparılacaq. “Rusiya-Türkiyə münasibətləri gərginləşəndən sonra şəxsən mənə xeyli iş adamı hüquqi yardımlar göstərilməsi ilə bağlı müraciət edib. Bundan əlavə, bilirsiz ki, Azərbaycan vətəndaşlarının ən çox problemlərlə üzləşdiyi ölkələrdən biri Rusiyadır. Rusiyada yaşayan soydaşlarımız da hüquqi yardımlar edilməsi üçün mənə müraciətlər edirlər. Mən də kimin köməyə ehtiyacı varsa, kimi tanıyıramsa, imkan daxilində köməklik edirəm. Ancaq indi Rusiya da Qaradəniz və Xəzər Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının üzvüdür. Ona görə də biz bundan sonra Assosiyasiyanın adından rəsmi şəkildə müvafiq orqanlara mürciət edə və köməklik göstərə biləcəyik”.

Sentyabrın 26-da Azərbaycanda keçirilən referendumun nəticələrinə toxunan İ.Rəhimov qeyd edib ki, hər bir referendum hansısa məqsədə hədəflənib və islahatları özündə ehtiva edir: “Ümumiyyətlə, dünya ölkələrində keçirilən bütün referendumların başında islahatlar aparmaq dayanır. Bu baxımdan da biz gözləyirik ki, referendumun nəticəsi kimi Azərbaycanda yeni islahatlar aparılacaq”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/qirmizi/170880.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR