"Arvadının yanında oturub başqasıyla yazışır"

"Arvadının yanında oturub başqasıyla yazışır"
13:31 4 Oktyabr 2016
183 Şou
Ölkə mətbuatı
A- A+

“Ər-arvad arasında qısqanclıq yoxdur, eqo var: “bu mənimdir, mənim olmalıdır” deyirsən. Qısqanclıq sevgili dövründə olur”.

Axşam.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Lalə Məmmədova “10-dan sonra” verilişində deyib. Qısqanclıqdan danışan müğənni kişiləri xəyanət etməkdə günahlandırıb:

“Ailə quranda kişi deyir ki, işləməyəcəksən, evdə oturacaqsan. Qadın bir də gözünü açır ki, illər keçib, yoldaşı cəmiyyətlə ayaqlaşır, bu geridə qalıb. Beləcə, ər-arvad arasında qısqanclıq yenidən başlayır. Əvvəlki ailələr uzunömürlü olurdu. Çünki ər qoyunu aparırdı dağa, axşam evinə qayıdırdı. Arvad bilirdi ki, ər gedib dağda qoyun otarmağa. İndiki kişilər arvadının yanında oturub, telefonla başqasıyla yazışır".


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=58674

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR