Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Təmir zamanı ustanın başına avtomobil diski düşdü, vəziyyəti ağırdır

Təmir zamanı ustanın başına avtomobil diski düşdü, vəziyyəti ağırdır

Tovuzda iki avtomobil toqquşdu - 6 nəfər xəstəxanaya düşdü (19 Mart 2017 09:43)
Tovuzda 60 yaşlı piyadanı avtomobil vurub (14 Mart 2017 19:07)
Bir təkər 30 min dollara yamanır - VİDEO (14 Mart 2017 13:23)

Tarix: 4 Oktyabr 2016 13:32

Göygöl rayonunda təmir zamanı avtomobil ustasının başına maşın diski düşərək ağır yaralanıb.

Milli.Az report-a istinadən bildirir ki, ağır yaralanan ustanı Bakıdakı xəstəxanaların birinə aparılması gözlənilir.

Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından "Report"a bildirilib ki, rayonun Xaqani kənd sakini, 1984-cü il təvəllüdlü İlham Həsənov ağır kəllə-beyin travması diaqnozu ilə xəstəxanaya gətirilib: "Yaralıya həkimlər tərəfindən tibbi xidmət göstərilib və onun vəziyyəti ağır olaraq qalır. Günün ikinci yarısından sonra vəziyyətində yaxşılığa doğru irəliləyiş olmasa, Bakıda yerləşən xəstəxanalardan birinə göndəriləcək".

Yaxınlarının bildirdiklərinə görə, İ.Həsənov avtomobil ustasıdır və həyətlərində "Qazel" markalı avtomaşını təmir edərkən ehtiyatsız davranıb və avtomobilin diski onun başına düşüb.
Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində (RPŞ) araşdırma aparılır.

Milli.Az


Teqlər:  Təmir zamanı ustanın başına avtomobil diski düşdü vəziyyəti ağırdır



RƏYLƏR


Top xəbərlər