Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

QMİ-nin sabiq sektor müdirinin məhkəmə istintaqı başa çatıb

QMİ-nin sabiq sektor müdirinin məhkəmə istintaqı başa çatıb

Date: 4 October 2016 13:37

Bakı. 4 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanət etməkdə təqsirləndirilən ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sabiq sektor müdiri Elşən Mustafaoğlunun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Report"un məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən qapalı prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.
Prokuror çıxış üçün vaxt istəyib.
Məhkəmənin növbəti prosesi oktyabrın 18-nə təyin edilib.
Qeyd edək ki, E.Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.

Tags:  QMİ-nin sabiq sektor müdirinin məhkəmə istintaqı başa çatıb

RƏYLƏR


Top news