Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Şahidlər QMİ-nin sektor müdirinin məhkəməsinə gəlmədilər

Şahidlər QMİ-nin sektor müdirinin məhkəməsinə gəlmədilər

Date: 4 October 2016 13:39

Bu gün vətənə xəyanətdə təqsirli bilinən ilahiyyatçı, Qafqaz Müsəlmanlar İdarəsinin sektor müdiri Elşən Mustafaoğlunun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən qapalı iclasa şahidlər gəlməyib. Hakim şahidlər barəsində məcburi gətirilmə ilə bağlı qərar qəbul etsələr də, şahidlərin yenə məhkəməyə gəlmədiyini bildirib. Proses oktyabrın 4-də davam edəcək. Gələn proses sənədlərin tədqiqi mərhələsinə baxılacaq. Xatırladaq ki, məhkəmə istintaqı dövründə Elşən Mustafaoğlu özünü təqsirli bilməyib. Prosesə gələn şahidlərin heç biridə onun əleyhinə ifadə verməyib.

 

Qeyd edək ki, E. Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən təqsirləndirilir.


Tags:  Şahidlər QMİ-nin sektor müdirinin məhkəməsinə gəlmədilər


RƏYLƏR


Top news