ABŞ-ın Suriyada qorxulu röyası - Rusiyanın "Antey 2500"ü

ABŞ-ın Suriyada qorxulu röyası - Rusiyanın "Antey 2500"ü
13:42 4 Oktyabr 2016
68 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya ilk dəfə Suriyada ən müasir Hava Hücumundan Müdafiə sistemi olan "Antey-2500" (NATO klassifikasiyası üzrə SA -23 Gladiator) yerləşdirilib.

Milli.Az azvision.az-a istinadən bildirir ki, bu barədə `Fox News` telekanalı ABŞ Administrasiyasında olan üç mənbəyə istinadən xəbər yayıb. 

Telekanalın məlumatına görə, bu "Antey-2500" kompleksinin Rusiya sərhədlərindən kənarda yerləşdirilməsinə dair ilk haldır. Sistemin komponentləri bazar günü artıq Rusiyanın Suriyadakı bazası olan Tartusa gətirilib, lakin bu komponentlər hələ də konteynerlərin içərisindədir. 
Telekanalın mənbəsinin sözlərinə görə, "Antey-2500"ün Suriyada yerləşdirilməsi motivləri hələ aydın deyil. Çünki nə İŞİD, nə də "Cabahat ən-Nusra"nın aviasiyası və ya qanadlı raketləri varr və Rusiya Hava Hücumundan Müdafiə Kompleksi potensial olaraq ABŞ-tərəfindən yaranacaq təhlükənin qarşısının almaq üçün istifadə oluna bilər. 

`Fox News` vurğulayır ki, Hava Hücumundan Müdafiə Kompleksinin Suriyaya yerləşdirilməsi Suriyada atəşkəs rejiminin iflasa uğraması və ABŞ və Rusiya arasında Suriya məsələsində qarşılıqlı anlaşmanın dayandırılması fonunda baş verir. 

Qeyd edək ki, "Antey-2500" iki növ raketlər vasitəsilə 250 kilometr məsafədə olan hədəfləri vurur. Daha kiçik raketlər düşmənin təyyarə və qanadlı raketlərinə qarşı, böyük raketlər isə ortamənzilli ballistik raketlər və düşmən təyyarələrinə maneələrin yaradılması üçün nəzərdə tutulub. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/475926.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR