Çarltona çatmaq istəyən azərbaycanlı

Çarltona çatmaq istəyən azərbaycanlı
13:47 4 Oktyabr 2016
40 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan millisinin oktyabrda keçiriləcək seçmə oyunlarına çağırılan heyətinin yığmadakı statistik göstəriciləri açıqlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, siyahıda Norveç və Çexiya ilə matça dəvət alan 23 futbolçunun ölkəmizin əsas komandasındakı oyun və qol sayları əksini tapıb.

Millimizin rekordçusu Rəşad Sadıqov oktyabrın 8-də Norveçlə görüşdə 105-ci, 3 gün sonra Çexiyada 106-cı dəfə yığma formasını geyinə bilər.
 
34 yaşlı müdafiəçi hər iki qarşılaşmada iştirak etsə, öz ölkəsinin yığmasında 106 matç keçirənlərə çatacaq. Belələri arasında əfsanəvi Bobbi Çarlton, Frenk Lempard, Henrik Larsson kimi simalar da var.
 
Rəşad artıq Bakıdakı ilk oyunda Yurgen Koller, Sami Hyuypiya, Nani, Dmitri Kruqlov kimi futbolçulara çatacaq. Lakin sonuncu iki futbolçu da oyun sayını artırmaq imkanına malikdi.
 
Təkcə Sadıqov deyil, həm də Kamran Ağayevdən geri qalan Ruslan Abışovla Rahid Əmirquliyev üçün ilk matç əlamətdar ola bilər. Bu cütlükdən hər biri millidə 49 qarşılaşmaya çıxıb və Norveçlə görüşdə 50-ci - yubiley oyununda meydana çıxmış olacaq.
 
Dmitri Nazarovla Araz Abdulleyev üçün ilk matç yığmada 20-ci ola bilər. Ümumiyyətlə, debütantı olmayan komandamızın bütün üzvlərinin hesabında ən azı 1 matç var.
 
Robert Prosineçkinin heyətə cəlb etdiyi futbolçuların yığma karyeralarında ümumilikdə 25 qol var. Heyətin bombardiri Rauf Əliyev 7 dəfə fərqlənibsə, Nazarovun 5 qolu var.
 

futbolçu

oyun

qol

Rəşad Sadıqov

104

4

Kamran Ağayev

61

-93

Rahid Əmirquliyev

49

3

Ruslan Abışov

49

4

Rauf Əliyev

44

7

Maksim Medvedev

37

0

Qara Qarayev

26

0

Bədavi Hüseynov

25

0

Araz Abdullayev

19

0

Dmitri Nazarov

19

5

Arif Daşdəmirov

12

0

Ruslan Qurbanov

12

1

Məhəmməd Mirzəbəyov

10

0

Səlahət Ağayev

9

-6

Ağabala Ramazanov

7

1

Tərlan Quliyev

6

0

Eddi İsrafilov

5

0

Namiq Ələsgərov

4

0

Anar Nəzirov

4

-2

Pavel Paşayev

3

0

Rəhman Hacıyev

3

0

Ramil Şeydayev

1

0

Emin Mahmudov

1

0

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/475882.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR