Funt sterlinqin məzənnəsi 31 illik minimuma enib

Funt sterlinqin məzənnəsi 31 illik minimuma enib
13:52 4 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 4 oktyabr. REPORT.AZ/ Böyük Britaniyanın milli valyutası - funt sterlinq baş nazir Tereza Meyin (Theresa May) açıqlamasından sonra ABŞ dolları ilə müqayisədə 1,2750 USD/GBP səviyyəsinə kimi geriləyərək son 31 ilin minimumuna enib. 
"Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, britaniyalı baş nazirin 2017-ci ilin ilk rübündə ölkəsinin Avropa İttifaqından (Aİ) ayrılmaq prosesinə başlayacağı ilə bağlı açıqlamasından sonra funt sterlinq dünyanın 31 ən önəmli valyutasından 29-na qarşı dəyərdən düşüb. Xatırladaq ki, T.Mey sentyabrın 2-də Birmingem səhərində Mühafizəkarlar Partiyasının illik toplantısında Britaniyaya köçən insanların sayını azaldacaq və Aİ-dən ayrılma prosesinə başlayacaq.
"Report"un analitik qrupu funt sterlinqin ilin sonuna qədər dollarla müqayisədə bir qədər də ucuzlaşaraq 1,23 USD/GBP səviyyəsinə qədər geriləyəcəyini ehtimal edir. Britaniya funtunun ucuzlaşmasının iqtisadiyyata ciddi mənfi təsir göstərəcəyi və Britaniya Mərkəzi Bankının (BOE) yaxın iclaslarda uçot dərəcəsini 0% səviyyəsinə endirməklə bərabər monetar ekspansiyaya başlayacağı proqnozlaşdırılır.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/funt-sterlinqin-mezennesi-31-illik-minimuma-enib1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR