Baş prokuror Bəxtiyar Vahabzadənin oğlunu işdən çıxardı

Baş prokuror Bəxtiyar Vahabzadənin oğlunu işdən çıxardı
13:53 4 Oktyabr 2016
116 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda iki rayon prokurorunun səlahiyyət müddəti başa çatıb.

Publika.az xəbər verir ki, Qobustan rayon prokuroru Azər Vahabzadə və Xızı rayon prokuroru İlham Məmmədovun səlahiyyət müddətləri sona yetib. Onlar hazırda həmin vəzifələri müvəqqəti icra edirlər. Adıçəkilən şəxslərin Qobustan və Xızı rayon prokuroru vəzifələrini icra etmələri ilə bağlı Baş Prokurorluğun saytında da məlumat yerləşdirilib.

Yaxın vaxtlarda hər iki şəxsin yeni təyinatı ilə bağlı baş prokuror Zakir Qaralov tərəfindən əmr imzalanacağı gözlənilir.

Qeyd edək ki, Azər Vahabzadə xalq şairi Bəxtiyar Vahabzadənin oğludur. O, 2011-ci ildə Qobustan rayon prokuroru təyin olunsa da, uzun müddət işə çıxmayıb. Mətbuatda A.Vahabzadənin həmin təyinata etiraz olaraq işə çıxmadığı qeyd olunsa da, Baş Prokurorluğun yaydığı məlumatda onun səhhəti ilə əlaqədar bir müddət vəzifəsini icra etmədiyi bildirilmişdi. (APA)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/170888.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR