AFFA İntizam Komitəsinin növbəti iclası keçrilib. Fanat.Az xəbər verir ki, komitə üzvləri Premyer Liqanın və əvəzedicilərin çempionatının VII turunda baş verənlərə hüquqi qiymət verib.
"İnter", "Kəpəz" və "Qəbələ" azarkeşlərinə görə cərimələnib. "İnter" azarkeşləri "Zirə" ilə oyunun 90+1-ci dəqiqəsində, "Kəpəz" fanatları "Neftçi" ilə qarşılaşmanın 57-ci və 78-ci dəqiqələridə meydançaya kənar əşyalar atıb. "Qəbələ" azarkeşləri isə “Qarabağ” matçın 40 -cı dəqiqələrində meydançaya kənar əşyalar atıb, matç başa çatdıqdan sonra pirotexniki vasitələrdən istifadə edib. Nəticədə "İnter" və "Kəaəz" 1600, "Qəbələ" 2400 manat cərimələnib.
"Kəpəz" "Neftçi", "Zirə" "İnter", AZAl "Sumqayıt"la oyunda 4 futbolçusu sarı vərəqə aldığından 800 manat cərimə olunub.
Əvəzedici heyətlərin çempionatında "Zirə"nin "İnter"lə oyunda 4, "Qarabağ"ın "Qəbələ" ilə matçda 6 futbolçusu sarı vərəqə alıb. Hər iki klub 400 manat ödəyəcək.
Fanat.Az