Canlı yayımda aktrisa ilə aparıcının DAVASI... - "Budur ailəyə olan sevginiz?"

Canlı yayımda aktrisa ilə aparıcının DAVASI... - "Budur ailəyə olan sevginiz?"
14:05 4 Oktyabr 2016
282 Ölkə
Ölkə mətbuatı
A- A+

ATV-də yayımlanan "10-dan sonra" verilişinin mövzusu qısqanclıq olub.

Milli.Az atv.az-a istinadən bildirir ki, verilişdə qonaq olan əməkdar artist Kəmalə Müzəffər aparıcı Yusif Ağayevin fikirləri ilə razılaşmayıb, mübahisə edib:

"Elə vaxt olur ki, evə gecə saat 11-də gəlib çatıram".

Onun bu fikiri mübahisəyə səbəb olub.  

Yusif Ağayev: "Onda siz evdə tapılmırsınız ki?!"

Kəmalə Hüseynova: "Təbii ki, öz işlərimlə məşğulam. Neçə il analıq məzuniyyətinə getdim.  Övladlarımı böyüdüb, onları oxutmuşam. Bəs bunlar ailə sayılmır?! Həyat yoldaşım da hər səhər mənimlə çıxır, mənimlə evə qayıdır".

Yusif Ağayev: "Saat 11-də gəlib, yatırsınız. Budur ailəyə olan sevginiz?

Kəmalə Hüseynova: "İkimiz də iş adamıyıq. Öz işimizlə məşğul olmaq yaxşıdır, ya evdə oturub dalaşmaq? 

Yusif Ağayev: "Evdə olmursunuz, bu necə ailə olur? Azərbaycan qadınının belə ailəsinin olmağı  mənə qəribə gəldi".  

Kəmalə Hüseynova: "Mən ailəmdən də, işimdən də razıyam. Bu, o demək deyil ki, mən hər gün evə gec gəlirəm. Evdə çox olan vaxtlarım da olur. Çəkilişlərim olanda evə gec gəlirəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/475907.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR