Nobel fizika mükafatını onlar alacaqlar

Nobel fizika mükafatını onlar alacaqlar
14:05 4 Oktyabr 2016
44 Dünya
Ölkə mətbuatı
A- A+

Builki fizika üzrə Nobel mükafatına amerikalılar Devid Cey Toules, F.Dunkan Haldeyn və Maykl Kosterlis təkamülün topoloji mərhələsi və materiyanın topoloji fazasının aşkarlanması sahəsində apardıqları tədqiqata görə layiq görülüblər.

Milli.Az mükafatın rəsmi saytına istinadən bildirir ki, fizika üzrə Nobel mükafatı laueratlara dekabrın 10-da Stokholm Filarmoniyasında keçiriləcək təntənəli mərasimdə təqdim olunacaq.

Lauereatlara üzərində Alfred Nobelin əksi olan medalı İsveç kralı 16-cı Karl verəcək. Mükafatın pul hissəsi isə 932 min dollar təşkil edir.

Fizika üzrə Nobel mükafatını İsveç Kral Elmlər Akademiyası verir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/475971.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR