Yığmamız 70-ci oyununa çıxır

Yığmamız 70-ci oyununa çıxır
14:05 4 Oktyabr 2016
25 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan millisi 19 yaşadək futbolçular arasında Avropa çempionatında yubiley oyununu keçirəcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, AÇ-2017-nin seçmə mərhələsinin Litvada keçirilən V qrupunda Avstriya ilə üz-üzə gələcək yığmamız üçün bu matç 70-ci olacaq.

1994-cü ildə debüt etdiyimiz yarışda indiyədək 69 oyun keçirmişik. Əvvəl U-18, sonra U-19-ların qatıldığı yarışda indiyədək 14 qələbə qazanan millimiz yubiley - 15-ci uğurunu əldə edə bilər. 10 heç-heçəsi olan komandamız 45 dəfə uduzub. 55 qol vuran yığmamız 157 dəfə topu qapısında görüb.
 
Əvvəlki 69 görüşdə 2 dəfə avstriyalılarla üz-üzə gələn millimiz 3-cü dəfə bu rəqiblə görüşəcək. 1996-cı il oktyabrın 2-də İsveçrədəki matç tarixi əhəmiyyət kəsb edib. Yığmamız ilk qələbəsini məhz Avstriya üzərində qazanıb - 1:0. 2000-ci il oktyabrın 5-də isə avstriyalılar ev sahibi olduqları matçda 2 cavabsız qolla qalib gəlib.
 
Qeyd edək ki, bu gün keçiriləcək Azərbaycan - Avstriya oyunu Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/475898.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR