20 min erməni Suriyadan Ermənistana qaçıb

20 min erməni Suriyadan Ermənistana qaçıb
14:05 4 Oktyabr 2016
47 Dünya
Ölkə mətbuatı
A- A+

Suriyada baş verən vətəndaş müharibəsindən sonra bu ölkədən Ermənistana təxminən 20000 erməni gəlib.

Milli.Az azvision.az-a istinadən bildirir ki, bu barədə Ermənistan Diaspora Nazirliyinin nümayəndəsi Firdus Zakaryan deyib. 

Zakaryan qeyd edib ki, hazırda bir sıra təşkilatlar Suriya ermənilərinə dəstək olur, onların yerləşdirilməsinə yardım edirlər. Lakin Ermənistana gələn Suriya ermənilərinin sayı dəyişdikcə yardımlar kifayət etmir.

Zakaryan bildirib ki, Suriya erməniləri üçün ölkədə səhiyyə pulsuzdur, ali məktəblərdə oxuyanlar yardım alır. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/475895.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR