Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Qarabağ"ın Avropa Liqasındakı rəqibi baş məşqçisini dəyişə bilər

"Qarabağ"ın Avropa Liqasındakı rəqibi baş məşqçisini dəyişə bilər

Date: 4 October 2016 14:07

Bakı. 4 oktyabr. REPORT.AZ/ İtaliyanın "Fiorentina" klubunda baş məşqçi Paulu Souza ilə rəhbərlik arasında fikir ayrılığı yaranıb. "Report"un "La Republica"ya istinadən verdiyi məlumata görə, narazılıq komandanın İtaliya A seriyasında göstərdiyi nəticələrlə əlaqədardır.
Hazırda "bənövşəyilər" 6 oyundan 8 xalla 14-cü pillədə qərarlaşıb. Lakin komandanın ehtiyatda bir oyunu var. Məhz fikir ayrılığı səbəbindən portuqaliyalı mütəxəssisin mövsümün sonunda baş məşqçi dəyişikliyinə əl atacağı bildirilir. Onu Stefano Piolinin əvəzləyəcəyi gözlənilir. Hazırda işsiz olan Pioli əvvəllər "Latsio", "Parma" və "Bolonya"da çalışıb. "Fiorentina" daha da zəif nəticələr göstərməyə başlasa, dəyişiklik elə cari mövsümdə gerçəkləşə bilər.
Qeyd edək ki, "Fiorentina" Avropa Liqasında "Qarabağ"la eyni qrupda yer alıb. 2 komanda arasında ötən həftə İtaliyada keçirilmiş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 5:1.

Tags:  Qarabağın Avropa Liqasındakı rəqibi baş məşqçisini dəyişə bilər

RƏYLƏR


Top news