Sumqayıtda xüsusi əməliyyat keçirilib - FOTO

Sumqayıtda xüsusi əməliyyat keçirilib - FOTO
14:12 4 Oktyabr 2016
16 Ölkə
Ölkə mətbuatı
A- A+

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı xüsusi əməliyyat həyata keçiriblər.

Milli.Az bildirir ki, Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətkar fəaliyyətin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilməsi və məsuliyyətə cəlb edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbirləri həyata keçirilib.

Sumqayıt Şəhər Polis İdarəsi (ŞPİ) əməkdaşlarının həyata keçirdikləri xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində narkotik maddələrin satışını həyata keçirən şəxs zərərsizləşdirilib. Daxil olan əməliyyat məlumatı əsasında Kotec qəsəbə sakini, Vüqar Nəcəfovun yaşadığı evin həyətyanı sahəsinə hal şahidlərinin iştirakı ilə baxış keçirilib. Baxış zamanı xüsusi aqrotexniki qaydada əkilərək qulluq edilən, ümumi çəkisi 42 kiloqram olan 9 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq V.Nəcəfovun yaşadığı mənzilin ayrı-ayrı yerlərində gizlətdiyi 3 kiloqram 70 qram həşiş və 3 kiloqram 500 qram qurudulmuş marixuana da aşkar edilib. V.Nəcəfov ifadəsində narkotik tərkibli bitkiləri satmaq niyyəti ilə əkib-becərdiyini bildirib.

Qeyd edilən faktla bağlı Sumqayıt ŞPİ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/475955.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR