Şevçenko: "Erməni yumor ustaları TV-lərdə rusları və müsəlmanları alçaldırlar"

Şevçenko: "Erməni yumor ustaları TV-lərdə rusları və müsəlmanları alçaldırlar"
14:12 4 Oktyabr 2016
43 Dünya
Ölkə mətbuatı
A- A+

Məşhur jurnalist, hüquq müdafiəçisi Maksim Şevçenko Rusiya televiziyalarında işləyən erməni əsilli yumor ustalarını kəskin tənqid edib. 

Milli.Az ölkə.az-a istinadən bildirir ki, onun fikrinə görə, erməni şou-biznes nümayəndələri cəmiyyətdə dinlərarası və millətlərarası ədavət toxumu səpirlər.

Şevçenko qeyd edib ki, TNT kanalında yayımlanan "Naşa Raşa" serialında Mixail Qalustyanın canlandırdığı obraz Tacikistandan Moskvaya pənah aparmış işçi miqrantdır. Amma bu filmdə miqrantı küt, avam, zavallı kimi təqdim edərək Orta Asiya xalqlarının milli ləyaqətini təhqir edir.

"Belə biabırçı bir film görməmişəm. Maraqlıdır, görəsən, Qalustyan ermənilər haqda da onun insanlığını, milli ləyaqətini, dini baxışlarını təhqir edən film çəkə bilərmi?" - deyə Şevçenko "Exo Moskvı" radiostansiyasının efirində bu məsələyə etirazını bildirib. Onun fikrinə görə, adıçəkilən film əslində başqa din, dil və irqdən olan insanlara qarşı ədavəti körükləməkdən başqa heç bir işə yaramır.

Radioda qonaq olan aparıcı sonda belə bir fikir səsləndirib ki, Fransa və Almaniyada türklərə və ərəblərə aid belə bir serialın çəkilməsi və yayımlanması qeyri-mümkündür.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/475962.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR