Hazırda "İçerde" serialı ilə yenidən gündəmi zəbt edən Çağatay Ulusoy məşhurluğunun zirvəsindədir.
Milli.Az axşam.az-a istinadən bildirir ki, 15 gənc qızın aktyorun anası ilə yaşadığı evinə hücum etməsi xəbərindən sonra yeni dedi-qodular da yayılıb.
Belə ki, cəmiyyət həyatının məşhur qadınları Çağatayın arxasınca düşərək bütün günü onu izləyirlər. Aralarında ailəlilərin də olduğu bir qrup varlı qadın onunla bir gecəlik görüş üçün planlar qururlar.
Onlar aktyorun olduğu restoranlara gedərək ofisiantlara pul verir, Çağatay gələndə xəbər etmələrini xahiş edirlər. 26 yaşlı Ulusoya yaxınlaşmaq üçün hər yola əl atan bu qadınlar onunla rastlaşdıqları anda nömrələrini yazaraq ona göndərirlər. Hətta onlar restoranlarla danışaraq aktyorun yanında oturmaq üçün böyük məbləğlər təklif edirlər.
Çağatay heç zaman sərt reaksiya verməyərək bütün təklifləri geri çevirsə də, artıq bunlardan bezib.
Milli.Az