Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

“Ələt-dəniz” yatağında əsaslı təmirdən keçən quyu istismara verilib

“Ələt-dəniz” yatağında əsaslı təmirdən keçən quyu istismara verilib

Date: 4 October 2016 14:17

Bakı. 4 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin “Ələt-dəniz” yatağındakı 9 saylı stasionar dəniz özülündə aparılan bərpa işlərindən sonra hidrotexniki qurğuların qəzalı vəziyyətinə görə fəaliyyətsiz fondda olan 54 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. Bu barədə “Report”a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, quyu məhsuldar qat çöküntülərinin VII horizontundan qazlift üsulu ilə məhsul verib, 4 200-4 194 metr intervaldan gündəlik 12 ton neft hasilatı ilə istismara daxil edilib.
Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Tags:  Ələt-dəniz yatağında əsaslı təmirdən keçən quyu istismara verilib

RƏYLƏR


Top news