"Azərbaycanı məğlub edəcəyimizə əminəm"

"Azərbaycanı məğlub edəcəyimizə əminəm"
14:22 4 Oktyabr 2016
121 İdman
Ölkə mətbuatı
A- A+

"Almaniyaya məğlubiyyət nəyinsə bitdiyi anlamına gəlmir. Çünki seçmə mərhələ hələ yeni başlayıb və əsas mübarizə irəlidədi".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu Norveç millisinin baş məşqçisi Per-Matias Hoqmo deyib.

Norveç yığması dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyunlarını Azərbaycan və San-Marinoya qarşı keçirəcək. Bu görüşlərlə bağlı yerli mətbuata açıqlama verən Hoqmo xal itirmək fikrində olmadıqlarını bildirib: "Məndə əminlik var ki, hər iki görüşdə qələbə qazanacağıq. Başqa yolumuz da yoxdur. Məqsədimizə nail olmaq istəyiriksə, həm Azərbaycan, həm də San-Marinonu məğlub etməliyik".
 
56 yaşlı mütəxəssis yer aldıqları C qrupunu ilk iki pillədə tamamlamaq niyyətində olduqlarını da vurğulayıb: "Almaniya yenilgisindən sonra tənqid obyektinə çevrildiyimi bilirəm. Amma heç vaxt postumu itirməkdən qorxmamışam. İndi bütün diqqətimizi seçmə mərhələ oyunlarına yönəltmişik. Bizim istəyimiz Rusiyada keçiriləcək dünya çempionatının final mərhələsində iştirak etməkdir. Bunun üçün də sona qədər mübarizə aparacağıq".
 
Qeyd edək ki, oktyabrın 8-də Bakıda Azərbaycan millisinin qonağı olacaq norveçlilər bundan 3 gün sonra Osloda San-Marinonu qəbul edəcəklər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/475880.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR