Elnarə: "40 yaşında yenidən ana olmaq istəyərəm" - FOTO

Elnarə: "40 yaşında yenidən ana olmaq istəyərəm" - FOTO
14:22 4 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Elnarə əri ilə konsertdə - FOTO (23 Mart 2017 11:12)
Səidə: "Elnarə, sən mənim vecimə də deyilsən" (01 Mart 2017 09:37)

Milli.Az Elnarə Xəlilovanın primetime.az-a müsahibəsini təqdim edir: 

- Dördüncü dəfə ana oldunuz. Ailə məsələləri işə mane olmur ki?

- Əslində mənim üçün ailə hər zaman birinci planda olub. Səhnə, iş ondan sonra gəlib. Bütün dünya ulduzlarının şəxsi həyatlarına fikir versək, görərik ki, (ana olanları nəzərdə tuturam) ailəyə fikir verirlərsə, sənət axsayır. Sənətə diqqət yetiriləndə, ailə axsayır. İkisi bir arada mümkün deyil. Məsələn, Cenifer Lopez boşandı, sonra səhnəyə çıxdı. Bizdə də təxminən elədir. Ailəmə bağlı insan olduğum üçün onlarla vaxtımı daha çox keçirirəm. Yəni, heç bir maneədən söhbət gedə bilməz.

- Beşinci uşaq barəsində fikirləşirsiniz?

- (Gülür) Artıq bəsdir. Allaha acıq getməsin, deyir ,heç vaxt heç vaxt demə. Amma yox, istəmirik. Ümumiyyətlə Allah bizi bu həyata ona görə gətirib ki, insan övladının sayını çoxaldaq. Qadınların missiyası budur. Düşünürəm ki, gələcəkdə imkanım olsa, bəlkə də 40 yaşında yenidən ana olmağı istəyərəm.

- Şou-biznesdə Elnarənin səhnədə olan yerini dolduran var, yoxsa boş qalıb?

- Yox, düşünmürəm səhnədəki yerim boşdur. Biz istedadlı millətik. Həyat öz axarı ilə davam edir... Mən öz yerimdən çox məmnunam. Amma əgər bu baş versə, yəni Elnarənin yerini kimsə tutsa belə, heyfsilənmərəm. Çünki kifayət qədər bacarıqlı, gənc nəsil yetişir. Təki onlar sözün yaxşı mənasında bu sənət üçün yaxşı işlər görə bilsinlər. Mən etiraz eləmirəm, həyatın qanunu, axarı budur. Mənə qədər də belə olub, indi də belədir, gələcəkdə də belə olacaq. Ümumiyyətlə, ana olandan sonra həyata baxışım tamamilə dəyişib. Mütləq həyata keçməsini istədiyim iddialarım var idi. Artıq onlardan əl çəkmişəm.

- Bəlkə, şou-biznesdə ikinci Vaqif Gərayzadəyə ehtiyac var? Çünki Vaqif müəllim elə bil ki, yorulub, çəkilib bir qırağa, daha ulduz yetişdirmək istəmir...

- Sözün açığı, 10 il öncə belə deyildi. Əvvəllər hər şeyin dadı-duzu, sağlam rəqabətin mənası var idi. İndi şou-biznesdə rəqabət yoxdur. Hər kəs başını aşağı salıb, öz işi ilə məşğuldur. Sanki məcburiyyətdən edirlər. Sualın cavabına gəlincə isə, ikinci Vaqif Gərayzadəyə ehtiyac yoxdur. Vaqif müəllimdən 10 dənə də olsa, gördüyümüz işin ləzzəti qalmayıb. Yəni, Vaqif müəllimlik deyil. İndi kifayət qədər ulduz var. Bu, bəlkə də onların çoxluğundan irəli gəlir. Elə bil, adam onların içərisində itib-batır. Hərdən televiziyaya baxanda (adətən baxmıram) yeni ifaçıları görüb təəccüblənirəm ki, bunlar kimdir, nə oxuyur? Sonra öz-özümə deyirəm ki, Elnarə, boynuna al, səndən sonra çıxan müğənnini qısqanırsan. Öz-özümü tənqid edirəm. Bir neçə gün sonra dostlarımla bu haqda danışanda, məlum olur ki, bəyənməyən tək mən deyiləm. Görürəm ki, yox, mən elə düz fikirləşmişəm. Yəni, bu gün Vaqif Gərayzadədən 10 dənə olsa da, xeyri yoxdur.

- Bir ara yollarınız qardaş ölkəyə açıldı. Amma ikinci dəfə ana olmağa hazırlaşdığınız üçün fasilə verdiniz. İndi işləriniz nə yerdədir?

- Deyək ki, məndə hamiləlik zamanına düşdü, bəs digər həmkarlarım? Əgər söhbət məndən gedirsə, dediklərinizlə razıyam. Nə vaxta qədər ki, Azərbaycanda müğənni toydan pul qazanacaq, (içi mən qarışıq) o vaxtda qədər bizdə bu sahədə irəliləyiş olmayacaq. Hətta bu sözləri İnstagram səhifəmdə də yazıram. Nə qədər oxuyuram, özümü realizə edə bilmirəm. Mən mahnılar yazdırıb, pul tökürəm, amma o pulu qazana bilmirəm. Elnarə bunu qazana bilmirsə, digərləri nə etsin? Hamı toylara getməyə məcburdur. Müğənni toy ampluasından o tərəfə çıxa bilmir.

- Qeyri-adi layihə etmək üçün sizə nə qədər vəsait lazımdır?

- Adətən az vəsait xərclədiyim layihələrim daha çox tutarlı olub. Amma bu tək Azərbaycanda belə ola bilər. Bizdə 50 manatlıq mahnılar daha çox sevilir, populyar olur. Bir mahnıya təxminən 3-4 min pul xərcləyirəm. Amma o mahnı heç kimə lazım deyil. Məsələn, "Eypio Burak King"ın "Günah benim" mahnısı mənə 50 AZN-a başa gəlib və hal-hazırda o ifamı hər yerdə eşidirəm. Hara gedirəmsə, o mahnını səsləndirməyimi istəyirlər. Başa düşürəm ki, Azərbaycan üçün bu keçərlidir. Amma sirrini hələ çözə bilməmişəm. Nə vaxt ki, mən keyfiyyət istəyirəm, əlimdən gələni əsirgəmirəm, aləmi vururam biri-birinə ki, gör nə edəcəm. Amma arzum ürəyimdə qalır...

- Bir ara pedaqoq kimi də tərzinizi dəyişməyə çalışdınız. İbrahim Borçalı ilə özünüzü sınadınız. Onun sonu necə oldu?

- Sözün düzü, bu işdə qarşılıq görmədim. Əslində ədəli-dədəli müəlliməm. Mən iki universitet bitirmişəm, qırmızı diplomlu müəlliməm. Hə, nə olsun? Amma mən özümü müəllim kimi də realizə edə bilmirəm. Məsələn, mən hazırda istədiyim universitetə gedib, dərs deyə bilərəm. Amma demirəm. Niyə? Çünki mənə sərf etmir. Amma fikirləşirəm ki, məmmuniyyətlə qardaş ölkədə Konservatoriyada çalışıb, ayda 10000 avromu alıb, ürəyim istədiyi kimi dolanardım. Azərbaycanda mən onu edə bilmirəm, məsələ budur. Mənim kimi savadlı, bacarıqlı və ağıllı adam özünü realizə edə bilmir. Sağımda-solumda həyatın necə döndüyünə tamaşa edirəm...

Milli.Az





RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Bakıya yeni prokuror təyin olundu - ƏMR

26 Aprel 2017 12:24

Alimlər doğuş üçün ən yaxşı yaşı müəyyən etdi

26 Aprel 2017 12:23

Maaş niyə 1 manat artdı? - FOTO

26 Aprel 2017 12:22

Bakıda narkotikə görə həbs edilən erməninin məhkəməsi başlayıb

26 Aprel 2017 12:19

Cinsi istəyi artırmağın, cavanlaşmağın və sağlam yaşamağın ƏN ASAN YOLU

26 Aprel 2017 12:18

"Əlverişsiz əmək şəraitində işləyənlərin sayı artıb"

26 Aprel 2017 12:17

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

26 Aprel 2017 12:17

Məşhur erməni saytı Azərbaycana qarşı terrora çağırdı

26 Aprel 2017 12:17

Nazir: "Azərbaycan dünyada mühüm tranzit daşımalarda əsas tərəfdaşlardan biri kimi qəbul edilir"

26 Aprel 2017 12:17

Pivə çox içən kişilər, bu xəbəri mütləq oxuyun!

26 Aprel 2017 12:17

Türkiyə jandarmasının komandanı Bakıya gəlib

26 Aprel 2017 12:14

Proqnozlar Bürosu: “Azərbaycanda növbəti iki gün ərzində güclü külək olmayacaq”

26 Aprel 2017 12:12

Elçin Əhmədov: "AŞPA-nın Türkiyə ilə bağlı ədalətsiz qərarı..."

26 Aprel 2017 12:12

Türkiyənin Jandarmeriya qüvvələrinin komandanı Azərbaycanda səfərdədir

26 Aprel 2017 12:12

SOCAR Kot-d’İvuarda qaz terminalının tikintisinə kömək edəcək

26 Aprel 2017 12:12

Nazir: "S.Ərəbistanı Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır"

26 Aprel 2017 12:12

Uşaqlar arasında suçiçəyinin yayılması ilə bağlı RƏSMİ AÇIQLAMA

26 Aprel 2017 12:12

"Accessbank" yeni kart məhsulunu istifadəyə verib

26 Aprel 2017 12:12

Ermənistan ordusunda böyük çaxnaşma

26 Aprel 2017 12:12

“Müharibə partiyası qalib gəlir” - Moskvadan HƏYƏCAN TƏBİLİ

26 Aprel 2017 12:08

Prezident İlham Əliyev səudiyyəli naziri qəbul edtdi

26 Aprel 2017 12:08

"Türkiyə tələbə deyil ki, kimsə ona müəllimlik etsin"

26 Aprel 2017 12:05

"Hər gün onun qərarını dəyişməyə çalışıram"

26 Aprel 2017 12:05

Ermənistanda Azərbaycan almalarını tələsik məhv edirlər

26 Aprel 2017 12:05

"Bura Vətəndir" Zərdabda - Amil Xəlil 102 yaşlı nənə ilə..

26 Aprel 2017 12:03

Mərkəz direktorunun müavini: "Bu il Azərbaycanda 5 886 nəfər suçiçəyinə yoluxub"

26 Aprel 2017 12:02

Uşaq bağçaları investisiya yatırmaq üçün uğurlu seçimdir - MÜSAHİBƏ

26 Aprel 2017 11:59

Azərbaycanda uşaqlar arasında təhlükəli xəstəlik yayılıb?

26 Aprel 2017 11:59

"Rabitə işi": təqsirləndirilən şəxsin vəkilləri məhkəməyə gəlməyib

26 Aprel 2017 11:57

Erməni hərbçisi pulemyotla özünü vurdu

26 Aprel 2017 11:57

İrəvan Bakının anons etdiyi üçtərəfli görüşdən imtina edir, Nalbəndyan getmir

26 Aprel 2017 11:57

"Rabitə İşi" yenə təxirə düşdü: 7-Cİ DƏFƏ

26 Aprel 2017 11:54

Stalin azərbaycanlılardan niyə QORXURDU? - Putinin türk xofu və Moskvaya “ÖLÜMCÜL ZƏRBƏ”

26 Aprel 2017 11:53

Qadının appendisitindən görün nə çıxdı...

26 Aprel 2017 11:53

Bərdədə evdən qızıl əşyalar oğurlayan şəxs tutulub

26 Aprel 2017 11:52

Meneceri: "Robert Prosineçki ilə "Bursaspor" yox, İspaniya klubları maraqlanır"

26 Aprel 2017 11:52

Bakıda küləyin binanın üstündən atdığı gəncin ADI BİLİNDİ

26 Aprel 2017 11:49

Sevgili axtaran müğənni ona qovuşdu - FOTO

26 Aprel 2017 11:48

Türkiyədə FETÖ-yə qarşı keçirilən əməliyyatda 1009 nəfər tutulub

26 Aprel 2017 11:47

Qubada müəllim oteldə məktub yazaraq damarlarını kəsib

26 Aprel 2017 11:47

"Türkiyəli iş adamlarının Azərbaycana investisiyaları 9 mlrd. dolları ötüb"

26 Aprel 2017 11:47

Bakıda “Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

26 Aprel 2017 11:42

Məşhur müğənni anasını itirdi - FOTO

26 Aprel 2017 11:42

Maltanın "Eurovision-2017" təmsilçisi: "Azərbaycana səfər etməyi arzulayıram"

26 Aprel 2017 11:42

Rusiyada "xalq istiqrazları"nın satışına başlanılıb

26 Aprel 2017 11:42

Kənan və Samirə cütlüyünüdən yeni FOTOları

26 Aprel 2017 11:42

"Aeroflot"da ancaq arıq qadınlar işləyə bilər? - FOTO

26 Aprel 2017 11:37

Rusiya Britaniyanı nüvə silahı ilə hədələdi

26 Aprel 2017 11:37

“Google” rəyləri istifadəçi dilinə tərcümə edəcək

26 Aprel 2017 11:35

Fərqanə Qasımova solo konsert verəcək

26 Aprel 2017 11:34