Gülüstan Əliyeva 20 illik yaradıcılığını qeyd edəcək

Gülüstan Əliyeva 20 illik yaradıcılığını qeyd edəcək
14:27 4 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Azərbaycanın əməkdar artisti Gülüstan Əliyeva Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində  "Payız Sevgisi" solo-konserti ilə çıxış edəcək.

Milli.Az bildirir ki, konsert oktyabrın 28-də saat 20.00-də başlayacaq. Konsert Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunur və Gülüstan Əliyevanın 20 illik opera səhnəsində yaradıcılığına həsr olunur.

Gülüstan Əliyeva Akademik Opera və Balet səhnəsində "Leyli və Məcnun", "Aşıq Qərib"də Şahsənəm, "Şah İsmayıl", "Gəlin qayası", "Arşın mal alan", "O olmasın, bu olsun", "Natəvan"da maraqlı obrazlar yaradıb.
Konsert proqramı Xalq Çalğı Alətləri Ansamblı (bədii rəhbəri əməkdar artist Ələkbər Ələkbərov) və Estrada orkestrinin (bədii rəhbəri əməkdar artist Vüqar Camalzadə) müşayiəti ilə məşhur və yeni kompozisiyaları, xalq mahnıları, muğam və klassik əsərləri nümayiş olunacaq.

Biletlər şəhərin bütün bilet kassalarında və ASAN Xidmət mərkəzlərində satılır.

Daha ətraflı məlumat üçün: 493-31-88, (050) 306 28 88.

İnformasiya dəstəyi- Trend.az, Day.az, Milli.az

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/475967.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR