Çeferin: "Artıq yeni tarix yazmağın vaxtıdır"

Çeferin: "Artıq yeni tarix yazmağın vaxtıdır"
14:27 4 Oktyabr 2016
30 İdman
Ölkə mətbuatı
A- A+

UEFA prezidenti Aleksandr Çeferin qurumun saytına açıqlama verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, o, gələcək planlarını Avropa futbol ailəsi ilə bölüşüb.

"UEFA prezidenti kimi vəzifəmin icrasına böyük məsuliyyət hissilə başlayıram. Quruma üzv olan asossasiyalar mənə bu postu etibar etdi. Səlahiyyətim çərçivəsində Avropada futbolu inkişaf etdirməyə çalışacam. Son il təşkilatımız üçün asan keçmədi. UEFA bir sıra çətinliklərlə qarşılaşdı. Amma İdarə heyətinin qüsursuz işi və Avropa futbol ailəsinin birliyi nəticəsində qurum yıxılmadı. Bu səhifəni çevirib yeni tarix yazmağın vaxtıdır. Mənim üçün birinci yerdə futboldur. Böyük və kiçik, şimal və cənub, şərq və qərb arasında balans axtarmaqla hər zaman futbolun prinsiplərinə sadiq qalmalıyıq.

Sloveniya Futbol Federasiyasının prezidenti olanda UEFA layihələrinin təhsil, kütləvi futbol və kiçik federasiyaların inkişafına necə təsir göstərdiyini müşahidə etmişəm. Avropada səyahət edərkən bu qurumun meydança və məşq bazalarının inşasına köməyini, qitə boyu futbol infrastrukturunun yaradlımasına dəstəyini gözlərimlə görmüşəm. UEFA-nın gələcəkdə də futbola fayda verəcəyinə inanıram. Birlikdə stabillik, ümid, harmoniya və dostluq erasını başlayacağıq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/475886.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR