Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

MOSSAD Abdullah Öcalanı qaçırtdı – ŞOK DETALLAR

MOSSAD Abdullah Öcalanı qaçırtdı – ŞOK DETALLAR

Date: 4 October 2016 14:33

1999-cu ildə Keniyada Yunanıstan səfirliyində gizlənən PKK terror təşkilatının lideri Abdulla Öcalanı Mossad tutub.

Publika.az xəbər verir ki, illər sonra bununla bağlı faktlar ortaya çıxıb.

Keniya kəşfiyyatının adını açıqlamayan üzvü bildirib ki, Yuanıstan səfirliyinə əməliyyat Mossad tərəfindən həyata keçirilib.

Onun sözlərinə görə, əməliyyatın kod adı “Oyanıq” (Watchful) idi.

Məlumatlara görə, həmin dövrdə Türkiyənin baş naziri olan Bülənt Ecevit İsrailin o dövrdə baş naziri olan Bencamin Netanyahuya zəng edərək, “Mossad bizə Öcalanı izləmək və tutmaq üçün kömək edə bilərmi?” deyə soruşub. Netanyahu müsbət cavab verib. Lakin Ecevitə “bu işin içində Mossad olduğu heç bir vaxt bilinməyəcək. Öcalan həbs olunan vaxt bunun sadəcə türklər tərəfindən keçirilən əməliyyat nəticəsində mümkün olduğunu açıqlayacaqsınız” deyə bildirib.

Hər iki lider razılaşır. Ardınca Netanyahu Mossadın rəhbəri Efraim Halevinə zəng edir və 6 nəfərlik qrup formalaşdırmağı tapşırır.

Mossad şefi əməliyyat qrupuna sadəcə Öcalanı izləmələrini, əmr verilmədiyi təqdirdə heç nə etməməyi tapşırır. İlk təqib Romada başlayır. Casus qrupunda iki texniki işçi və bir qadın da var idi. İlk plana görə, qadın casus Öcalanla yaxınlıq quracaq və beləliklə onu izləmək daha asan olacaqdı. Lakin Öcalanın İtaliyanı tərk etməsi bu planı təxirə salır.

Öcalan İtaliyanı tərk edəndən sonra getdiyi İspaniya, Mərakeş, Tunus, Suriya və Portuqaliyada Mossad casusları tərəfindən izlənilir. Hollandiya kəşfiyyatçısının bir üzvü Amsertdamdakı Mossad agentinə “Öcalan təyyarə ilə Keniyanın paytaxtı Nayrobiyə gedir” məlumatını verir. Mossadın casus qrupu dərhal Keniyaya yola düşür. Fevralın 5-də artıq onlar Keniyada idilər. Mossad və Keniya kəşfiyyatı çox yaxşı münasibətlərə malik idilər.

Mossad CİA-nın köməyi ilə Öcalanın Yunanıstan səfirliyində gizləndiyini aşkarladı. Dərhal səfirlik dinlənilməyə başlandı. Dinləmə səfirliyin qarşısındakı binadan aparılırdı.

Nəhayət, Mossad şefindən əmr gəlir: Öcalanı ilk fürsətdə tutun. Mossad casusları Öcalanın mühafizəsinə sızmağı bacarırlar. Belə ki, mühafizəçilərdən biri “Norfolk” otelində içki içərkən səlis kürd dilində danışan casus ona yaxınlaşır və dostluğunu qazanır. Mühafizəçidən öyrənir ki, Öcalanın sığınacaq almaq istədikləri ölkələr onu rədd edir və buna görə çox hirslidir.

Plan uğurlu alınır və Öcalan 1999-cu ilin 16 fevral tarixində üzərində yunan Kiprin pasportu ilə həbs olunur. “Bordoberelilər” onu təyyarə ilə Türkiyəyə gətirirlər.

Mossadın həmin dövrdə şefi olan Efraim Halevi də təqaüdə çıxandan sonra yazdığı kitabda Öcalanın tutulması əməliyyatını onların keçirdiyini etiraf edib.

Asif


Tags:  MOSSAD Abdullah Öcalanı qaçırtdı ŞOK DETALLAR



RƏYLƏR


Top news