Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Tuba Büyüküstün də boşanır - FOTOLAR

Tuba Büyüküstün də boşanır - FOTOLAR

Date: 4 October 2016 14:33

Türkiyəli aktrisa Tuba Büyüküstün həyat yoldaşı Onur Saylakdan boşanır.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Gönülçelen” serialının çəkilişlərində tanış olan, Torpaq və Maya adında əkiz qızları olan cütlüyün boşanmağa qərar verdiyi iddia edilib. Ayrılıq qərarı Türkiyənin maqazin gündəminə bomba kimi düşüb.

Qeyd edək ki, Tuba Büyüküstün ilə Onur Saylak haqqında bir neçə dəfə boşandıqları xəbərləri çıxsa da, hər ikisi bu iddiaları təkzib edib.

Xatırladaq ki, Tuba Büyüküstün avqust ayında “Nova Tv”-yə verdiyi müsahibədə həyat yoldaşını tərifləmişdi. O, “Onur ilk növbədə çox yaxşı insandır. Həm də çox romantik insandır" ,- deyə bildirmişdi.

Onur Saylak isə 2014-ci ildə verdiyi müsahibədə Tuba Büyüksütünə olan sevgisini belə ifadə etmişdi: “Biz sevgili olmaqdan heç vaxt vaz keçmədik. Bir də hər səhər o gözlərə baxaraq oyanmaq əvəzsiz duyğudur. Əhvalımız yerindədir. Tuba hər kəs üçün Tuba Büyüküstün, amma mənim üçün Tuba həyat deməkdir! Həyat yoldaşım, sevgilim, möhtəşəm anadır, müdhiş rəssam və həyatı doya-doya yaşayan bir qadındır. Həyatımdakı ən böyük rənglərdən biridir. Oturub dərdləşə bildiyim insandır. Aşiq olduğum qadın. Dünya gözəli...".

Aytən







Tags:  Tuba Büyüküstün boşanır FOTOLAR

RƏYLƏR


Top news