Azərbaycan Dövlət Neft Fondu "Brexit"dən 300 mln. dollar zərər edib

Azərbaycan Dövlət Neft Fondu "Brexit"dən 300 mln. dollar zərər edib
14:42 4 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 4 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Britaniya funt sterlinqində olan valyuta ehtiyatları üzrə "Brexit" qərarının verildiyi 23 iyundan bu günədək 271 mln. ABŞ dolları zərər edib. 
"Report" xəbər verir ki, ARDNF-in investisiya portfelinə mövcud olan 1 194,3 mln. funt sterlinqin ABŞ dolları ekvivalentində dəyəri iyunun 23-də 1 793 mln. dollar idisə, hazırda bu rəqəm 1 522 mln. dollar təşkil edir. Keçən ilin analoji dövrü ilə müqayisədə isə funt sterlinq ehtiyatlarının dollar ifadəsində dəyəri 302 mln. dollar, 2014-cü ilin analoji dövrü ilə müqayisədə isə 444 mln. dollar olub. 
Funt sterlinqin məzənnəsinin bu ilin sonuna qədər dollarla müqayisədə daha 4% ucuzlaşacağı ehtimal edilir. 
Xatırladaq ki, "Report"un analitik qrupu avronun dollarla müqayisədə məzənnəsinin yaxın 1 il ərzində paritetə qədər geriləyəcəyini, nəticədə, Fondun avro portfelinin dollar ekvivalentində 10%-ə qədər ucuzlaşacağını proqnozlaşdırır. Bu da avroda olan 10,5 mlrd. avro vəsaitin təxminən dollar ekvivalentində 1 mlrd. azalmasına gətirib çıxara bilər.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/azerbaycan-dovlet-neft-fondu-brexit-den-300-mln-dollar-zerer-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR