Türkiyədə yaşayan azərbaycanlı müğənni Azəri Günel Zeynalova nişanlanıb.
Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda “ATV maqazin onlarla” verilişində deyib. O, birlikdə pizza evi açdığı Cem Ozan Torunları nişanlısı kimi təqdim edib:
“Bütün gənc qızların xəyalı sevdiyi insanla ailə qurmasıdır. Bizim də arzumuz budur, İnşallah, olar”.
Yeniliklərindən bəhs edən G.Zeynalova aparıcılıq edəcəyini deyib:
“Verilişdə həm azərbaycanlı, həm də türk müğənnilər olacaq. İlk qonağımın İbrahim Tatlısəs olmasını istəyirəm. Əgər alınmasa, Sibel Canı dəvət edəcəyəm".