Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Bakıda xal itkisi üzücü olacaq"

"Bakıda xal itkisi üzücü olacaq"

Date: 4 October 2016 15:05

"Əslində, san-marinolularla ev qarşılaşmasından asan qələbə gözləmək olar. Lakin Avropada asan səfər olmur. Bu üzdən Azərbaycanda da gərgin mübarizə olacaq".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri Norveç futbolunun veteranı Freddi dos Santos deyib.

Ölkəsinin müxtəlif yığma və klublarında oynamış 40 yaşlı mütəxəssis Norveç televiziyasının eksperti kimi DÇ-2018-in seçmə oyunları haqda fikirlərini açıqlayıb. Dos Santos oktyabrın 8-də Azərbaycan, 11-də San-Marino ilə qarşılaşmalardakı qələbələrin vacibliyini qeyd edib: "Bu iki görüş üçün 6 xaldan başqa heç bir nəticə qənaətbəxş sayıla bilməz. İstənilən xal itkisi bizim üçün üzücü olacaq. Eyni zamanda meydanda əsl Norveç yığması görmək istəyirəm. Ənənəvi oyun üslubunda, planı olan komandamız olmalıdır. Almaniya ilə qarşılaşmada meydanda az qala öz cərimə meydanına sıxılmış, uzun autlar atmayan komanda var idi".

Milli.Az


Tags:  Bakıda xal itkisi üzücü olacaq

RƏYLƏR


Top news