Dünya Çempionatında 48 ölkə iştirak edəcək

Dünya Çempionatında 48 ölkə iştirak edəcək
15:05 4 Oktyabr 2016
32 İdman
Ölkə mətbuatı
A- A+

FİFA-nın yeni prezidenti Canni İnfantino dünya çempionatındakı komandaların sayının 48-ə yüksəldilməsi fikrindən dönmək istəmir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, onun təklif edəcəyi layihəyə əsasən, seçmə mərhələlərdən sonra 48 yığma mundiala vəsiqə qazanacaq. Ancaq onların heç də hamısı final mərhələsində iştirak etməyəcək. Belə ki, yüksək reytinqli 16 yığma birbaşa qruplarda iştirak hüququ əldə edəcək. Digər 32 komanda isə püşkatma yolu ilə öz aralarında pley-off matçları keçirəcək və qalib 16 milli mundiala yollanacaq.

Ali futbol qurumunun rəhbəri bununla bağlı gələn ilin yanvar ayında keçiriləcək iclasda qərar qəbul ediləcəyini bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/475947.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR