Latviya Seyminin sədri: "Azərbaycanla iqtisadi əlaqələri inkişaf etdirmək üçün potensial var"

Latviya Seyminin sədri: "Azərbaycanla iqtisadi əlaqələri inkişaf etdirmək üçün potensial var"
15:07 4 Oktyabr 2016
23 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 4 oktyabr. REPORT.AZ/ "Bakıda sonuncu dəfə 10 il bundan qabaq olmuşdum və bugünkü səfərim tarixidir. Burada özümü evdəki kimi hiss edirəm".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Latviya Seyminin sədri İnara Murnietse deyib.
O, səfəri zamanı Azərbaycan rəsmiləri ilə keçirdiyi görüşlərdə iqtisadi, siyasi məsələləri müzakirə etdiklərini bildirib: "Mədəni əlaqələr də çox vacibdir. İnsanlar arasında əlaqələr bir-birini tanımaq üçündür. Bu əlaqələr güclü olarsa, biznes, iqtisadiyyat da inkişaf edəcək. Siyasi əlaqələrimiz əla səviyyədədir, amma iqtisadi əlaqələri inkişaf etdirmək üçün də potensial var".
İqtisadi əlaqələrin inkişafı üçün zəruri olan addımlar haqqında danışan İ.Murnietse vurğulayıb ki, Latviya digər Baltikyanı ölkələr arasında yerləşən ölkə kimi çox şey təklif edə bilər. O, işgüzar əhatədən də çox şeyin asılı olduğunu əlavə edib: "Latviya bu münasibətlərin inkişafında maraqlıdır. Bütün imkanlardan istifadə edərək onları inkişaf etdirmək lazımdır".
Xanım parlament sədri həmçinin Bakının inkişafına və şəhərdə tarixi irsin qorunmasına heyranlığını dilə gətirib.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/latviya-seyminin-sedri-azerbaycanla-iqtisadi-elaqeleri-inkisaf-etdirmek-ucun-potensial-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR