Futbolçu həbs olundu

Futbolçu həbs olundu
15:12 4 Oktyabr 2016
31 İdman
Ölkə mətbuatı
A- A+

Qətərin "Əl-Qarafa" klubunun futbolçusu Vladimir Vayss Sloveniya və Şotlandiya yığmalarına qarşı 2018-ci il dünya çempionatının seçmə qrup matçlarında Slovakiya milli komandasına kömək edə bilməyəcək. 

Milli.Az Report-a istinadən xəbər verir ki, Bratislava polisi 27 yaşlı yarımmüdafiəçini alkoqol testindən imtina etdiyi üçün həbs edib. Slovakiya yığmasının baş məşqçisi Yan Kozak bildirib ki, günahı olsa da, olmasa da Vayss qarşıdakı iki görüşdə oynamayacaq: "Bizə qarşıdakı oyunlara sakit ab-havada hazırlaşmaq lazımdır. O, yığmamızın aparıcı futbolçularındandır. Lakin kifayət qədər yaxşı oyunçulara malikik". 

Qeyd edək ki, Slovakiya yığması Sloveniya ilə oktyabrın 8-də səfərdə, Şotlandiya ilə oktyabrın 11-də evdə üz-üzə gələcək. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/475958.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR