Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Unibank", "Uber" və "Mastercard" birgə layihəyə başlayıb

"Unibank", "Uber" və "Mastercard" birgə layihəyə başlayıb

Date: 4 October 2016 15:17

Bakı. 4 oktyabr. REPORT.AZ/ Bakı şəhəri üzrə avtomobil sifarişi üçün mobil tətbiq hazırlayan “Uber” beynəlxalq texnologiya şirkəti, “Mastercard” beynəlxalq ödəniş texnologiyaları təchizatçısı və “Unibank” ASC birgə layihəyə start verib.
"Report" xəbər verir ki, hər bir “Uber” sürücüsü “Unibank”ın Bakı və ya Abşeronda yerləşən istənilən filialına yaxınlaşıb VÖEN hesabı açmalıdır. Dərhal filialda sürücüyə “Mastercard” debet kartı - “Albalı Plus” təqdim olunur. “Uber” tərəfindən VÖEN hesabına köçürülən vəsait avtomatik olaraq həmin karta yatırılır və sürücü kartda olan vəsaitdən istifadə edə bilir. Layihənin əsas məqsədi də məhz “Uber”in partnyor sürücülərinin qazandıqları vəsaitlərdən rahat istifadə etməsidir.
“Uber” sürücüləri “Unibank”ın “SMS Banking”, “Mobile Banking” və “Internet Banking” kimi xidmətlərindən tam pulsuz olaraq yararlana biləcəklər. Eyni zamanda, sürücülər kartdan nağdlaşdırmaya görə heç bir komissiya haqqı ödəməyəcək. Kartla nağdsız ödəniş etdikdə sürücüyə xərclənən məbləğin 20%-dək “cash back” geri qaytarılacaq, kartdakı qalıq məbləğə görə isə illik 6%-dək gəlir hesablanacaq.

Tags:  Unibank Uber Mastercard birgə layihəyə başlayıb


RƏYLƏR


Top news