"Qəbələ"nin "qol maşını" Qrizmanı qabaqladı

"Qəbələ"nin "qol maşını" Qrizmanı qabaqladı
15:27 4 Oktyabr 2016
55 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ"nin futbolçusu Baqali Dabo Azərbaycan çempionatındakı məhsuldarlığı ilə ölkəsində diqqət mərkəzinə düşüb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Fransa mətbuatında Avropa ölkələrində çıxış edən yerli hücumçuların göstəriciləri açıqlanıb.

Ötən ayla müqayisədə fransız forvardların reytinq siyahısında dəyişiklik baş verib. Buna isə Dabonun Azərbaycan Premyer Liqasındakı məhsuldarlığı səbəb olub. Premyer Liqanın cari mövsümündə artıq 7 qola imza atan "Qəbələ"nin hücumçusu "Lion"un üzvü Aleksandr Lyakazetti ilk pillədən çıxarıb.  
 
4 oyunda 6 qol vuran Lyakazett təxminən 1 aydır zədəlidir. Bundan məharətlə istifadə edən Dabo Azərbaycan çempionatının VII turunda "Qarabağ"la görüşdə də aktivinə qol yazdırıb. Həmin qarşılaşmada yekun hesabı (2:0) müəyyənləşdirən Dabo Premyer Liqanın cari mövsümündəki qollarının sayını 7-yə çatdırıb.  
 
Siyahıda ikinci pillədə "Kortriyk"in futbolçusu İdriss Saadi qərarlaşıb. "Qəbələ"nin "qol maşını" reytinq cədvəlində "Atletiko"nun və Fransa yığmasının üzvü Antuan Qrizmanı da qabaqlayıb. "Valensiya" ilə görüşdə fərqlənən Qrizman La Liqanın cari mövsümündə 6-cı qolunu rəsmiləşdirib. AÇ-2016-nın ən yaxşısı seçilmiş ulduz oyunçu Dabodan 1 qol geri qalır.
 
Qeyd edək ki, "Qəbələ"yə yayda transfer olunan Dabo çempionatın cari mövsümündəki qollarına "Neftçi" (3), "Sumqayıt" (2), "Kəpəz" (1) və "Qarabağ"la (1) matçda imza atıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/475956.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR