SKMF Sabunçu rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

SKMF Sabunçu rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb
15:32 4 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 4 oktyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Bakının Sabunçu rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən xəbərə görə, SKMF sahibkarlardan ixtisaslaşdırılmış “yaşıl market”in, istixana təsərrüfatlarının, ət kəsimi, üzlük daşların, plastik qablar və corab istehsalı müəssisələrinin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulunu məqsədəuyğun hesab edib.
Sahibkarlar bugündən investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda (Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi,172; tel.: (012) 434-74-29, faks: (012) 432-37-17, e-mail: info@anfes.gov.az) müraciət edə bilərlər.
Qeyd edək ki, Fond sentyabrın 29-da Sabunçu rayonunun Bakıxanov qəsəbəsində işgüzar forum keçirib.

Xəbərin orijinal ünvanı: http://report.az/biznes/skmf-sabuncu-rayonunda-sahibkarlardan-investisiya-layihelerinin-qebuluna-baslayib11

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR