Manaf Ağayev və Tacir Şahmalıoğlu həbs olunacaq? VİDEO

Manaf Ağayev və Tacir Şahmalıoğlu həbs olunacaq? VİDEO
15:48 4 Oktyabr 2016
1838 Digər
Ölkə mətbuatı
A- A+

Tanınmış müğənnilər Manaf Ağayev və Tacir Şahmalıoğlu cinayət məsuliyyətinə cəlb edilə bilər. Qanun belə tələb edir. Hər iki sənətçinin ATV-nin efirində səsləndirdiyi fikirlər onları dəmir barmaqlıqlar arasına sala bilər.

Qeyd edək ki, sözügedən müğənnilər “ATV Xəbər” proqramında toy məclislərində qarşılaşdıqları ağır cinayət hadisələrindən danışıblar. Bıçaqlanma, güllələnmə, ağır bədən xəsarətlərinin şahidi olduqlarını söyləyən M.Ağayev və T. Şahmalıyev tez-tez bu cür cinayət hadisələri ilə qarşılaşdıqlarını bildiriblər.

Tanınmış hüquqşünas Müzəffər Baxış Publika.az-a açıqlamasında

cinayəti görüb, hüquq-mühafizə orqanlarına xəbər verməməyə görə şəxsin cinayət məsuliyyəti daşıdığını deyib: “Cinayət məcəlləsinin 307.1 maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməməyə görə şəxs məsuliyyətə cəlb olunur. Həmin şəxs beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Məsələyə hər iki sənətçinin münasibətini öyrəndik.

Publika.az-a açıqlama verən Manaf Ağayev qəzəbləndi:

“Mən toya gedirəm oxumağa, “işverənliyə” getmirəm ki... Məndən soruşdular ki, Manaf müəllim, getdiyiniz toylarda heç dava-zad olur? Mən də dedim ki, ən çox dava oynamaq üstündə olur. Kənddə bir də görürsən toyda dava düşür, bir-birlərinə yaba vururlar, bıçaqlaşırlar, söyüş söyürlər. Neçə il bundan əvvəlin söhbətini eləyirəm e, təzə xəbər deyil. İkincisinə də qalanda, toy yiyəsi gedib kimisə tutdursun, mən niyə tutdurmalıyam ki? O hüquqşünasa da deyin ki, qardaş, cinayət törədən adam həmin vaxt tutulub, çöldə gəzməyib. Heç mənim də gedib işverənlik eləməyimə ehtiyac olmayıb. Min nəfər toyda iştirak edir, susur, amma mənə deyirlər ki, sən niyə polisə xəbər vermirsən? Heç söhbət deyil e, ağzını açıb, bir kəlmə söz danışırsan, düşürlər üstünə. Günah özümdədir. Adama deyərlər nəyinə lazımdır, kim-kimi vurdu, kim-kimlə davalaşdı. Get efirə, sənətindən danış, çıx gəl evinə də”.

Müğənni Tacir Şahmalıoğlu da od püskürdü:

“Əşşi, mən sovetin vaxtında rastlaşdığım hadisələrdən danışıram. Üstündən 30 il keçib. Məndən soruşdu ki, toyda nə üstə dava düşür. Dedim oynamaq üstündə. İndi bu sözümü əllərində bəhanə tutub, düşüblər üstümə. Nəyimə lazımdır gedib kimisə tutdurum? Mən müğənniyəm. Toya adam tutdurmağa gedirəm, yoxsa, oxumağa? Cinayət törədən adamı onsuz da çöldə qoymurlar. Tutub basırlar içəri. Mən desəm də, deməsəm də”.

Cəvahir


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/170907.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR